Məhkəmə qərarları › İş №3(076)-685/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-685/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-685/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29286815 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29286815 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi məhkəməyə ərizə təqdim edərək bildirirdi ki, o ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və ona görə, hazırkı şikayətinin Gəncə Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edir ki, əsasən xx.xx.2025-ci il tarixli EQ 29286815 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini barədə şikaəyit aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. İşdə olan və “Elektron Məhkəmə İnformasiya” Sistemindən çıxarışdan görünür ki, X2 şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi, ev-48 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası İXM–nin 110.1–ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4–cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29286815 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X4 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 109–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29286815 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar