Məhkəmə qərarları › İş №3(076)-688/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-688/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-688/2023 08.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxslər X4 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X9 iştirakları ilə xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr.-237, ev-3, mənzil-103 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmki rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokollar üzrə inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokollar baxılması üçün 08 may 2023-cü il tarixdə Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 28 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi Bazarda X1 80 manat pul alaraq onu aldadıb ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 02 may 2023-cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Hərbi şəhərcikdə X2 100 manat pul alaraq onu aldadıb ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində MN ******* saylı protokol üzrə 3(076)-687/2023 saylı və MN ******* saylı protokol üzrə 3(076)-688/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən müxtəlif vaxtda törədilsə də, eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-688/2023 sayla birləşdirilmişdir. Şəmkir RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə Şəmkir rayonu, Keçili kənd sakini X7 AR DİN-nin 102 xidmətinə və Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək tanımadığı şəxsin ona xırda pulunun olmadığını, üzərində 100 manatlıq pul əskinasının olduğunu, ondan 80 manat alaraq geri qaytaracağını vəd etdiyini, lakin 80 manat pulu aldıqdan sonra həmin yerdən uzaqlaşıb pulunu mənimsədiyini bildirmişdir. Bundan əlavə, 02 may 2023-cü il tarixdə Şəmkir rayonu, Çənlibel kənd sakini X8 AR DİN-nin 102 xidmətinə və Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək tanımadığı şəxsin ondan kartof alacağını bildirərək 100 manat pul almasını, daha sonra uzaqlaşıb geri qayıtmamasını bildirmişdir. Daxil olmuş həmin müraciətlərlə bağlı araşdırma aparılmış və təhqiqat araşdırması zamanı xx.xx.2023cü il tarixli qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan sonuncunun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-nə göndərilmişdir. Şəxs barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Maddi imkanı olmadığı üçün Şəmkir rayonuna gəlmək və tanımadığı şəxsləri aldadıb pul qazanmaq fikrinə düşmüşdür. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən Mərkəzi Bazara gəlmiş və əvvəlcədən bazarda işləyən kimisə tapıb, ona guya üzərində xırda pul olmadığını deyib pulunu alıb, daha sonra bazardan uzaqlaşmağı planlaşdırmışdır. Bu məqsədlə Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən Mərkəzi Bazarın içərisinə daxil olmuş, bazarın kənarında yolda dayanan “QAZ- 3110” markalı avtomobili taksi kimi idarə edən şəxsə yaxınlaşıb ona vitrin soyuducusu olduğunu, gedib onu gətirmələrini deyərək, həmin avtomobilə əyləşmişdir. Bazarın kənarında yolla gedən zaman yolun kənarında pomidor satan şəxsi görüb avtomobili dayandıraraq satıcıya yaxınlaşmışdır. Həmin şəxsə iki yeşik pomidor və biraz xiyar çəkməsini və taksinin yük yerinə qoymasını, özünün isə gələcəyini bildirmişdir. Daha sonra həmin yerdən biraz kənarlaşıb, təxminən 1-2 dəqiqə sonra yenə, həmin satıcının yanına getmişdir. Satıcının yanında olan zaman özündə 100 manatlıq olduğunu, varıdırsa ona 80 manat pul verməsini, başqa satıcıya verib qayıdanda onun pulunu qaytarıb verəcəyini bildirmişdir. Həmin satıcı ona inanmayanda əli ilə “QAZ-3110” markalı taksini göstərib bu avtomobildə olan şəxsin onunla birlikdə olduğunu və qayıdıb pulunu verəcəyini demişdir. Bundan sonra həmin satıcı ona 3 ədəd 20 manatlıq və iki ədəd 10 manatlıq pul əskinasını vermişdir. Pulu alandan sonra bazarın içərisinə doğru getmiş, daha sonra bazardan çıxıb Gəncə şəhərinə yaşadığı evə getmiş və həmin 80 manat pulu isə maddi ehtiyacları üçün xərcləmişdir. Daha sonra 02 may 2023-cü il tarixdə səhər saatlarında Şəmkir rayonuna gəlmiş və “4 yol” adlanan Bakı-Qazax magistral yolunun kənarında bir nəfərin “VAZ-21011” markalı avtomobillə meyvə satdığını görmüş, ona yaxınlaşaraq meyvə, tərəvəz, kartof almaq istədiyini, bir ədəd bütöv 100 manatlıq əskinazı olduğunu və xırdası varsa alış veriş edəcəyini bidirmişdir. Adını bilmədiyi şəxsi Şəmkir rayonunda yerləşən hərbi şəhərciyə sürdürmüş, özüdə onunla birlikdə gələrək binanın qarşısında avtomobili saxlatdıraraq evinə bazarlıq edəcəyini bildirib ondan 100 manat almış və xırdalayıb gətirəcəyini bildirmişdir. Bundan sonra binanın blokuna daxil olaraq aldatdığı şəxsin blokun qarşısından bir neçə metr uzaqlaşmasını gözləmişdir. Həmin şəxs blokun qarşısından uzaqlaşan kimi qaçaraq oradan uzaqlaşıb yaşadığı Gəncə şəhərinə getmiş və həmin 100 manat pulu isə maddi ehtiyacları üçün xərcləmişdir. Qeyd edir ki, himayəsində 6 uşağı var, ailəsini saxlamaqda çətinlik çəkir və törətdiyi əməli maddi imkansızlıqdan etmişdir. Hazırda zərərçəkmiş şəxslərin pulunu tam şəkildə geri qaytarmış və əməlindən peşmandır. Odur ki, məhkəmədən ona yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə saat 17-radələrində Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən Mərkəzi Bazara getmiş və həmin bazardan pomidor, xiyar alıb Gədəbəy rayonunda satmaq üçün özünə məxsus olan “VAZ-2104” markalı avtomobilə yükləmişdir. Daha sonra bazarda özünə paltar alan zaman yanlarına “Qaz-3110” markalı avtomobil gəlmiş və avtomobildə olan 30-35 yaşlarında olan, adını sonrdan bildiyi Arzu adlı şəxs ona yaxınlaşıb pomidorun qiymətini soruşmuşdur. Arzu adlı həmin şəxsə kiloqramı 3 manat 20 qəpiyə 2 yeşik 34 kq pomidor satmış, həmin şəxs pomidorun pulunu verməmiş, bazarın içərisinə gedib sonra yanına qayıdaraq üzərində xırda pulu olub-olmamasını soruşmuşdur. O, Arzu adlı həmin şəxsə 100 manatlıqdırsa pulu verməsini və xırdalayacağını bildirmiş, lakin sonuncu ondan 80 manat pul istəyərək bazarın içərisində soyuducu olduğunu və həmin soyuducunu gətirib qayıdanda onun pulunu da verəcəyini bildirmişdir. O, cibində olan 80 manat pulu çıxarıb sonuncuya vermiş, həmin şəxs getdikdən sonra 25-30 dəqiqə keçməsinə baxmayaraq geri qayıtmamışdır. Həmin şəxsin onu aldatdığını bilmiş və buna görə DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Hazırda Arzu adlı şəxs onun pulunu tam şəkildə qaytarmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 02 may 2023-cü il tarixdə Bakı-Qazax Magistral yolunun Şəmkir rayonundan keçən hissəsində yolun kənarında avtomobili ilə kartof satan zaman bir nəfər adını bilmədiyi, sarı dərili, üzü tüklü, sol gözündə hansısa problem olan, adını sonradan bildiyi Arzu adlı şəxs ona yaxınlaşmış və kartof ilə maraqlanaraq hamısını alacağını bildirmişdir. Arzu adlı həmin şəxs 30 kq kartof alacağını, hazırda üstündə pul olmadığını, xalasının Şəmkir rayonunda yaşadığını və yaşlı qadın olduğunu deyərək onunla birlikdə avtomobili sürüb “hərbi qaradok” deyilən yerə gəlmişlər. Burada olan zaman sonuncu ona 100 manat xalasında pul olduğunu, ona 100 manat verməsini və geri gəldiyində kartofun pulunu 100 manatlıq əsginasla verəcəyini deyərək ondan 100 manat pul almışdır. O, Arzu adlı həmin şəxsə 100 manat pul vermiş və həmin şəxs qaradoq deyilən yerdə olan 5 mərtəbəli binaya daxil olmuşdur. O, təxminən 10 dəqiqə gözlədikdən sonra Arzu adlı həmin şəxsin geri gəlmədiyini görüb onu aldatdığını anlamış və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda Arzu adlı şəxs onun pulunu tam şəkildə qaytarmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir RPŞ-nin İTB-nə göndərilməsi və toplanmış materal üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübut olunur və o, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs zərərçəkmiş şəxslərə vurduğu zərəri könüllü surətdə ödəməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərəri tam ödəməsini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş materiallarında olan 06 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 may 2023-cü il tarixdə, saat 15:41-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Şəmkir rayon Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmə iclasında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 (iki) saata görə (2 saat X 6 manat) 12 manat ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq еdilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Şəmkir rayon Vəkil Bürosunun vəkili X10 məhkəmə iclasında iştirak etdiyi saatlara, ümumilikdə 2 (iki) saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 12 (on iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod: 805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: /imza/ Şəfəq Məmmədova Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar