Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-688/2024 24.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Tələbkar: X2 iştirakları ilə xx.xx.1989-cu ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1729/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 6000 (altı min) manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1729/2022 saylı icra sənədinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü Əli və xx.xx.2021-ci il təvəllüdlü Zəhra adlı uşaqların anaları X2 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, ataları Şəxs hər ay, bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu tam ödəməmişdir. Hazırda Şəxs cəmi 5500 manat aliment borcu vardır. Belə ki, onun əvvəlcə 6000 manat borcu olmuş və həmin borcdan 500 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. X1 məhkəmə iclasında və iclas zamanı təqdim etdiyi ərizəsində, borclu Şəxs ona 500 manat ödədiyini, qalan borcun hissə-hissə ödənilməsi barədə borclunun öhdəlik götürdüyünü, borclu barəsində şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1729/2022 saylı icra sənədinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü Əli və xx.xx.2021-ci il təvəllüdlü Zəhra adlı uşaqların anaları X2 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, ataları Şəxs hər ay, bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Hazırda həmin borcu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bundan başqa ərizə təqdim edərək tələbkara olan borcundan 500 manat ödədiyini, qalan borcun hissə-hissə ödənilməsi barədə öhdəlik götürdüyünü bildirərək barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1729/2022 saylı icra sənədinə əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1729/2022 saylı icra sənədinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü Əli və xx.xx.2021-ci il təvəllüdlü Zəhra adlı uşaqların anaları X2 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, ataları Şəxs hər ay, bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1729/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tələbkarın ərizəsi ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkar ilə aralarında olan razılığa əsasən, tələbkara olan borcundan 500 manat ödəməklə, ümumi borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-688/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-688/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver