Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-694/2023 14.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, МЦЯЙЙЯНЕТДИ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-694/2023 saylı qərarı ilə Şəxs Аzərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, inzibati cəriməni ödədiyini göstərmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 3(076)-694/2023 saylı qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində çıxarılmış Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-694/2023 saylı qərarının icrasına xitam verilməlidir. Belə ki işdə olan DİN-in DYP WEB Portalından Çıxarışdan görünür ki, Şəxs EQ 12540292 saylı protokol üzrə Аzərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmiş, 12 manat dəbbə pulu hesablanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə EQ 12540292 saylı protokol üzrə 32 manat cərimə ödəmişdir. Аzərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 152.5 və 145-ci maddəsini rəhbər tutaraq, ГЯРАРААЛДЫ: Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)- 694/2023 saylı qərarına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-694/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-694/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver