Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-697/2024 19.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X4 Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin inspektoru: X5 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X18 idarəsinin Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X18 idarəsinin Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Polis X16 Xidməti İnspektoru polis kiçik serjantı X5 inzibati xəta haqqında ******* saylı protokolunda xx.xx.2024-cü il tarixdə saat 11:55 radələrində sahibliyində və istifadəsində olan FORD FUSİON markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 329.1 və 333.1-ci maddələrinin hallarına yol verilməsinə görə həmin maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Nəticədə, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar tərtib edilmiş, həmin qərarda ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Halbuki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 11:55 radələrində Şəmkir rayon Polis X16 Xidməti İnspektoru polis kiçik serjantı X8 tərəfindən idarə etdiyi avtomobillə Şəmkir şəhərindəki Uşaq Xəstəxanasının qarşısından keçən küçədə saxlanılmış və ilkin olaraq təhlükəsizlik kəmərindən istifadə etməməyi bildirilmədi, çünki kəmərdən istifadə etmişdir. Həmçinin, ondan içki qəbul edibetməməsi soruşulmuş, o da bir gün əvvəl Bayramlı kəndindəki toy mərasimində az miqdarda içki qəbul etməsini səmimi olaraq bildirmişdir. Polis əməkdaşı ona təxminən 50 sm-dən aralıda tutduğu ağ rəngli, ucunda müşdüyü olmayan selofon torbadan çıxarmadığı alkotesterə üfürməyini tələb etmiş, o isə həmin aparatın istifadəyə yararsız olmasını bildirməklə həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Belə olanda polis əməkdaşı onun tələbindən narazı halda, əgər həkim müayinəsindən keçərsə, cərimənin 800 manat olacağını bildirməklə Şəmkir rayon mərkəzi Xəstəxanasına apararaq sərxoşluğunun müəyyən edilməsi üçün həkim müayinəsindən keçirmək istəmişdir. Xəstəxanada narkoloji müayinə aparan həkim Kəmalə xanım sərxoşluğun müəyyən edilməsi üçün istifadə olunan aparatın olmamasına və ümumiyyətlə sərxoşluğun müəyyən edilməsi üçün qandan belə analizin götürülməməsini bildirmişdir. Bununla belə, həkim Kəmalə xanım, guya polisin aparatına inanmasını və həmin aparata üfürməsini tələb etmiş, nəticədə həmin aparatda guya onun 3,6 dərəcədə sərxoşluğunun müəyyən edilməsi bildirilmişdir. Ancaq, o, həkimdən davranışında, hərəkətlərində hər hansı sərxoşluq əlamətinin olub-olmamasını soruşmuş, həkim isə onda heç bir sərxoşluq əlamətini olmamasını bildirsə də, bu barədə rəsmi rəy tərtib edilmədən şifahi olaraq polisin aparatının göstərişinə inanmasını bildirmişdir. Həmin cihaza üfürdüyündə polis əməkdaşı cihazın ekranını ona göstərmədən guya sərxoşluğunun kifayət qədər yüksək, yəni 3,6 dərəcə olmasını şifahi olaraq bildirməklə barəsində inzibati xəta protokolu tərtib edəcəyini, əks halda ona kimlərinsə vasitəsi ilə nağd pul verməsini tələb etmişdir. O isə həmin polis əməkdaşına bir gün əvvəldən cüzi miqdarda spirtli içki qəbul etməklə sərxoş olmamasını və əsassız olaraq ondan pul tələb etməsinə görə həmin polis əməkdaşı barəsində şikayət edəcəyini bildirdikdə, həmin polis əməkdaşı avtomaşınını onun iştirakı ilə heç bir protokol tərtib etmədən, avtomaşının qapısını belə bağlamadan, maşında işi ilə əlaqədar hər hansı sənədlərin olmasını yoxlamadan cərimə meydançasına yerləşdirmiş və barəsində inzibati xəta protokolunu yanında tərtib etməmişdir. Əlavə olaraq qeyd edir ki, polis əməkdaşının onu əsassız olaraq sərxoşluqda günahlandırmasına görə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçmiş, xx.xx.2024-cü il tarixli 2071/2024 saylı protokol üzrə ayıq olması müəyyən edilmişdir. Ancaq, polis əməkdaşı həmin tibbi rəyi əsas götürməyərək barəsində məlum inzibati xəta protokolu və inzibati tənbeh qərarını tərtib etmişdir. Bir neçə gündən sonra istifadəsində olan mobil telefona qərarsız inzibati protokolla 400 manat cərimə olunması barədə mesaj gəlmişdir. O, yenə də əsassız cərimə olunması barədə tərtib edilmiş inzibati tənbeh qərarını ona təqdim etməsini həmin polis əməkdaşından tələb etsə, ona yalnız inzibati xəta haqqında protokol verilmiş, yalnız xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı əldə etmiş və həmin qərardan hazırki şikayəti vermişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X18 idarəsinin Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X7 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, 13 iyun 2024–cü il tarixdə saat 11:55 radələrində idarə etdiyi Ford Fusion markalı 90–CY–885 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Şəmkir RPŞ–nin DYPB–nın əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı spirtli içki qəbul edib-etməməsini soruşmuş, o da bir gün əvvəl Bayramlı kəndindəki toy mərasimində az miqdarda içki qəbul etməsini səmimi olaraq bildirmişdir. Polis əməkdaşı ona təxminən 50 sm-dən aralıda tutduğu ağ rəngli, ucunda müşdüyü olmayan selofon torbadan çıxarmadığı alkotesterə üfürməyini tələb etmiş, o isə həmin aparatın istifadəyə yararsız olmasını bildirməklə həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Bundan sonra həkim müayinəsindən keçmək üçün polis əməkdaşı ilə birlikdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada narkoloji müayinə aparan həkim Kəmalə Həsənova sərxoşluğun müəyyən edilməsi üçün istifadə olunan aparatın olmamasını, bununla belə polisin aparatına inanmasını və həmin aparata üfürməsini tələb etmiş, nəticədə həmin aparatda guya onun 3,6 dərəcədə sərxoşluğunun müəyyən edilməsi bildirilmişdir. Bundan sonra özü həmin gün Gəncə Şəhər Narkoloji Dispanserinə müraciət etmiş və 13 iyun 2024–cü il tarixdə saat 13:45 radələrində tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsində onun sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Göründüyü kimi o, hadisə baş verən gün sərxoş vəziyyətdə olmamış, Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin inspektoru isə əsassız şəkildə onun sərxoş olması qənaətinə gəlmişdir. Bununla da, Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin vəzifəli şəxsi üzərinə düşən vəzifələri yerinə yetirməmiş və qərəzli şəkildə barəsində protokol tərtib etmişdir. Həmçinin, qeyd olunan protokol əsasında Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin polis kapitanı X9 onun barəsində xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Lakin həmin vəzifəli şəxs də qərar qəbul edərkən kifayət qədər araşdırma aparmamış, protokolun surətini qərara köçürməklə kifayətlənmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız, qanunsuz hesab edir. Odur ki, Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin inspektoru X8 izahatında göstərdi ki, 13 iyun 2024–cü il tarixdə saat 11:55 radələrində xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan Ford Fusion markalı 90–CY–885 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsünü saxlatmış, ona, hüquq və vəzifələrini izah etmiş, lakin həmin vaxt sürücüdən spirt qoxusu gəlmiş və onun avtomaşını sərxoş halda idarə etdiyini görmüşdür. Bundan sonra adı ona məlum olan X7 alkotestr yoxlamasından keçirilməsi üçün dəvət edilmiş, sürücü alkotestr yoxlamasından keçmiş və sərxoşluq dərəcəsinin 0.367 promil olduğu müəyyən olunmuşdur. Baş vermiş hadisənin əks olunduğu videogörüntülərə baxış keçirəndə də, şəxsin sərxoş olması və alkotestr yoxlamasından keçdikdən sonra sərxoşluğunun müəyyən edilməsi aydın şəkildə müəyyən edilir. Sonradan sürücü həkim müayinəsindən keçmək istəmiş, bu səbəbdən onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada həkim narkoloq Kəmalə Həsənovanın qəbulunda olmuşlar, lakin həkim cihazı sertifikasiyaya göndərildiyi üçün məcbur olub sürücünü alkotestr yoxlamasından keçirmişlər. Həmin vaxt onun sərxoşluq dərəcəsinin 0.367 promil olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1– ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 400 manat məbləğində inzibati cərimə edilmişdir. Bu səbəbdən hazırda şikayətin dəlillərini qəbul etmir və Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Həmçinin, Şəmkir RPŞ–nin DYPB–nin inspektoru X8 məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, istifadə etdikləri alkotestr cihazı nazirlik tərəfindən təqdim edilir və həmin cihaza hər hansı müdaxilənin edilməsi qeyri–mümkündür. Eləcə də, X7 alkotestr yoxlamasından 13 iyun 2024–cü il tarixdə saat 11:50–12 radələrində keçirilmiş, özü Gəncə Şəhər Narkoloji Dispanserinə isə 2 saat sonra, yəni həmin gün saat 13:45 radələrində müraciət etmişdir ki, müddət keçdikcə alkoqolun təsiri təbii olaraq azalır. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında həkim narkoloq vəzifəsində işləyir. X7 13 iyun 2024–cü il tarixdə polis əməkdaşı tərəfindən ona təqdim edilmiş və sərxoşluğunun müəyyən edilməsi üçün müayinədən keçirilməsini bildirmişdir. Lakin onların aparatı sertifikasiyaya getdiyi üçün şəxsin həkim müayinəsindən keçirilməsi mümkün olmamış, bununla belə o, alkotestr yoxlamasından keçirilmiş və sərxoşluq dərəcəsinin 0.367 promil olduğu müəyyən olunmuşdur. Həmin yoxlama nəticəsində müayinə aktı tərtib etmişdir. Əlavə olaraq qeyd edir ki, spirtli içkilər tərkibindən asılı olaraq 24 saat müddətində şəxsin orqanizmində qalır və tədricən vaxt keçdikcə təsiri azalır. Bundan başqa bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi” barədə xx.xx.2014–cü il tarixli Qərarına əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadıqda, təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim etməli, bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Buna baxmayaraq, X7 tibbi müayinənin nəticəsi ilə razı olmaması və təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin, habelə mütəxəssisin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Yol polisi əməkdaşında olan 2518 nömrəli sərxoşluq vəziyyətinin ölçü cihazı kimi istifadə edilən xüsusi texniki vasitə ilə ölçülmüş və iş materiallarına əlavə edilmiş sərxoşluq qəbzindən görünür ki, X7 0,367 % sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair xx.xx.2024–cü il tarixli 440 saylı protokoldan görünür ki, X7 xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçirilmiş və 0,3 pr. sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 13 iyun 2024–cü il tarixdə saat 11:55 radələrində Ford Fusion markalı 90–CY–885 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair xx.xx.2024–cü il tarixli 2071/2024 saylı protokoldan görünür ki, X7 xx.xx.2024–cü il tarixdə saat 13:45 radələrində Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserində həkim müayinəsindən keçirilmiş və sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X7 13 iyun 2024–cü il tarixdə saat 11:55 radələrində Ford Fusion markalı 90–CY–885 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəmkir RPŞ–nin X18 Bölməsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən və protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, barəsində protokol tərtib edilmiş şəxsə hüquq və vəzifələri izah edilmiş, habelə ona iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X7 şikayət ərizəsində sərxoş olmamasını, eləcə də, polis əməkdaşı tərəfindən alkotestr cihazına üfürdüyündə cihazın ekranını ona göstərmədən guya sərxoşluğunun kifayət qədər yüksək, yəni 3,6 dərəcə olmasını şifahi olaraq bildirməsini qeyd etsə də, bu hal polis əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki videogörüntülərdə inkar edilmişdir. Belə ki, məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin inspektoru tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilmiş və videogörüntüdən müəyyən edilmişdir ki, polis əməkdaşı saxlanıldığı zaman Ramiq İsgəndərlini alkotestr müayinəsindən keçirmiş, daha sonra cihazın ekranını Ramiq İsgəndərliyə göstərərək sərxoşluq dərəcəsini ona bildirmiş, etirazının olub-olmamasını soruşmuş, Ramiq İsgəndərli isə etiraz etmədiyini, 200 qram spirtli içki qəbul etməsini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş X18 idarəsinin Şəmkir Rayon Polis X15 Polisi X1 barəsində Azərbaycan Respublikası İXM–nin 329.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X4 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası DİN Baş X18 idarəsinin Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X18 idarəsinin Şəmkir Rayon Polis X15 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X4 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-697/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-697/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver