Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-698/2024 09.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şikayətçi: X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin YPX inspektoru X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 X7 Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X6 Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Polis X12 Xidməti İnspektoru Polis Baş serjantı X2 “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolunda xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində sahibliyində və istifadəsində olan QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Gədəbəy-Şəmkir şəhəri istiqamətində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Nəticədə Şəmkir Rayon Polis X12 Xidməti İnspektoru Polis Baş serjantı X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilərək barəsində 80 (səksən) manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Halbuki, o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı yəni, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə kimi nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində sahibliyində və istifadəsində olan QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gədəbəy-Şəmkir şəhəri istiqamətində hərəkət edib Şəmkir şəhərinə daxil olarkən yolda heç bir ötməni qadağan edən zolağın olmadığı yerdə, qarşısında gedən avtomaşının gah sağa, gah da sola dönməyə cəhd etməsindən sonra avtomobilinin yüklü olmaqla Yasamal dolaylarını keçib gəldiyindən tormozun qızması səbəbindən və qarşı hərəkət zolağı ilə heç bir avtomaşının gəlməməsini, həmçinin, qarşıdakı yolu 120 metrdən artıq məsafədə görməsinin mümkün olmasını nəzərə alaraq sola dönmə və ötmə əməliyyatını rahatlıqda başa çatdırarkən qarşıdan gələn yol patrul xidməti maşınındakı polis əməkdaşı onu saxladaraq guya ötmə əməliyyatını qeyd olunan inzibati xətanı törətməsinə görə barəsində inzabati xəta protokolu tərtib edəcəyini bildirmişdir. Lakin, yol patrul xidməti əməkdaşı onun yanında heç bir protokol tərtib etməmiş, ona hüquqlarını izah etməmiş, tərtib edilməli olan inzibati xəta protokoluna qeydlər etmək hüququndan istifadə etməyinə imkan verməmişdir. Əksinə, guya xx.xx.2024-cü il tarixdə saat 23:35-də törətmiş olduğu inzibati xəta barədə protokolu xx.xx.2024-cü il tarixdə onun iştirakı olmadan tərtib edərək təkidli tələblərindən sonra polis əməkdaşından həmin, tam tərtib edilməmiş inzibati xəta protokolunu və inzibati tənbeh qərarını ona təqdim edilən qəbzə imza etdirilərək şəxsən almış və həmin qərardan xx.xx.2024-cü il tarixdə hazırkı şikayəti tərtib etdirmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024– cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X6 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində idarə etdiyi QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gədəbəy-Şəmkir şəhəri istiqamətində hərəkət edib Şəmkir şəhərinə daxil olarkən yolda heç bir ötməni qadağan edən zolağın olmadığı yerdə, qarşısında gedən avtomaşının gah sağa, gah da sola dönməyə cəhd etməsindən sonra, habelə avtomobilinin yüklü olmaqla Yasamal dolaylarını keçib gəldiyindən tormozun qızması səbəbindən və qarşı hərəkət zolağı ilə heç bir avtomaşının gəlməməsi səbəbindən, həmçinin, qarşıdakı yolu 120 metrdən artıq məsafədə görməsinin mümkün olmasını nəzərə alaraq sola dönmə və ötmə əməliyyatını rahatlıqda başa çatdırarkən qarşıdan gələn yol patrul xidməti maşınındakı polis əməkdaşı onu saxladaraq guya ötmə əməliyyatı qaydalarını pomzasını bildirmişdir. Bundan sonra barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, polis əməkdaşı tərəfindən saxlanıldığı yolda ötmə əməliyyatını qadağan edən hər hansı yol nişanı və ya bütov zolaq olmamışdır. Bu isə onu deməyə əsas verir ki, onun tərəfindən ötmə əməliyyatı pozulmamış və hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin YPX inspektoru X4 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X9-Şəmkir şəhəri istiqamətində hərəkət edib Şəmkir şəhərinə daxil olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Həmin vaxt sürücü tərəfindən saxlanılmış, törətdiyi inzibati xəta hadisəsi ona bildirilmişdir. Bundan sonra şəxsin barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla qərar tərtib edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində idarə etdiyi QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2– ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan və polis əməkdaşı tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024–cü il tarixdə QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və manevr etmə qaydalarını pozmuşdur. İşdə olan və şikayətçi Sənan Quliyev tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X3 xx.xx.2024–cü il tarixdə QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi yol birtərəfli yoldur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X6 xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X3 xx.xx.2024–cü il tarixdə QAZ 3302-18 yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi yol birtərəfli yoldur və X6 idarə etdiyi nəqliyyat vasitəsi ilə əks hərəkət zolağı istiqamətində hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş, yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin YPX inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında qərar tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi X1 barəsində Azərbaycan Respublikası İXM–nin 327.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X14 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-698/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-698/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver