Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-711/2025 07.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Qərardan şikayət vermiş X2 iştirakı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə işə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29386358 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X1 rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətdə yaınışlıq olduğundan qərardan vermiş olduğu şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət və ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-711/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-711/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver