Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-712/2025 08.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədirliyi Katib: Məmmədova Alsu Dəyanət qızının katibliyi ilə xx.xx.2001-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Şəmkir rayonu Ağdərə massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, 17 iyun 2025-ci il tarixdə Şəmkir rayonu Ağdağlar massivində yaşayan Şəxs Şəmkir elektrik şəbəkəsinə məxsus İVECO markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini, sağ yan güzgüsünü daşla vuraraq qəsdən sındırmaqla 1500 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM–nin 61.5-ci maddəsinə əsasən İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4 və 61.5–ci maddələrinə əsasən işə zərər çəkmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə,işdə olan sənədələri ayrı-ayrılıqda və məcmu halında habelə tədqiq edilmiş digər sübutları təhlil edərək Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan Azərişıq ASC-nin, X2 Təchizatı və Satışı idarəsinin xx.xx.2025-ci il tarixli, 01/468 nömrəli məktubundan görünür ki, Şəmkir şəhər şəbəkə sahəsi üzrə keçirilən növbəti reyd zamanı, Şəmkir şəhəri Ağ dağlar adlanan ərazidə məskunlaşmış bir qrup şəxslər qeyri-qanuni olaraq kənar xətlər vasitəsi ilə şəbəkəyə qoşularaq enerji taladıqları ilə əlaqədar Şəmkir EŞ-nə məlumat daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə Şəmkir EŞ-nin əməkdaşları, geyr-qanuni xəttə qoşulmuş şəsxlərin fərdi yaşayış evlərinə çəkilmiş xətlərin şəbəkədən açılması ilə əlaqədar Ağ-dağlar adlanan ərzidə çəkilmiş xətləri şəbəkədən açan zaman, bir qrup sakinlər o, cümlədən Şəxs, onun anası, Məmməd adlı şəxs və digərləri şiddət göstərərək əməkdaşları təhqir etmiş, fiziki zorakılıqla müqavimət göstərmiş və eləcədə "xxxx" ASC-yə məxsus xüsusi tətyinatlı İVEKO markalı ** JN *** dövlət nömrə nişanlı avtomaşına hücum edərək avto maşına ümumilikdə 1500 AZN dəyərində ziyan vurmuşlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 17 iyun 2025-ci il tarixdə Şəmkir rayonu Ağdağlar massivində yaşayan Şəxs şəmkir eletrik şəbəkəsinə məxsus İVECO markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini, sağ yan güzgüsünü daşla vuraraq qəsdən sındırmaqla 1500 manat maddi ziyan vurmuşdur. Qeyd edilən hadisə ilə əlaqədar Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati xəta törətdiyi üçün topanmış material müvafiq tədbirlər görülməsi üçün Şəmkir RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, Həbibli Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən sektorlarda iveko markalı avtomobilin ehtiyat hissələri 17 iyun 2025-ci il tarixə olan bazar qiyməti müvafiq olaraq alın şüşəsi 850 manat, sağ yan şüşəsi 300 manat, qapı kantı 50 manat təşkil edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta hadisəsi nəticəsində vurulmuş ziyanıın bir mislində, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-712/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-712/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver