Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-713/2024 27.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Qaracəmirli kəndində, qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2441/2018 saylı icra sənədi üzrə yaranmış cəmi 8250 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)-2441/2018 saylı icra sənədinə əsasən, 25 may 2018-ci il tarixdən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş Günay, xx.xx.2005-ci ildə anadan olmuş Gülbəniz və xx.xx.2008-ci ildə anadan olmuş Əli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-720/2014 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay, hər uşağa 100 (yüz) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi, həmçinin, Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs 8250 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)-2441/2018 saylı icra sənədinə əsasən, 25 may 2018-ci il tarixdən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş Günay, xx.xx.2005-ci ildə anadan olmuş Gülbəniz və xx.xx.2008-ci ildə anadan olmuş Əli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-720/2014 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay, hər uşağa 100 (yüz) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi, həmçinin, Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Borcundan aybaay 100 manat ödəmişdir, lakin, maddi imkanı olmadığından hazırda borcunu ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, uşağın saxlanmasında bəzi maddi problemlər var. Borclu isə məhkəmə qətnaməsi ilə təyin edilmiş borcunu ödəməkdən yayınır. Dəfələrlə borclu borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırkı vaxtadək borcunu tam şəkildə ödəməmişdir. Borclu mövcud borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir, borcunu axıra kimi ödəməsini tələb edir və barəsində qanuni tədbir görülməsini, icra məmurunun protokolunun təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)- 2441/2018 saylı icra sənədinə əsasən, 25 may 2018-ci il tarixdən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş Günay, xx.xx.2005-ci ildə anadan olmuş Gülbəniz və xx.xx.2008-ci ildə anadan olmuş Əli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-720/2014 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay, hər uşağa 100 (yüz) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi, həmçinin, Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan, xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)- 2441/2018 saylı icra sənədi üzrə qəbul edilərək, qərarın surəti icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, “Cinayət məsuliyyətinə cəlb olunma” haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 8(076)-243/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə borcluya məxsus VAZ 2106 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və 5 (beş) gün müddətinə qeyd edilən avtomobilin aidiyyəti orqana təqdim edilməyəcəyi təqdirdə cinayət məsuliyyət daşıyacağı barədə borcluya xəbərdarlıq edilmişdir. İş materiallarında olan, 3(076)-877/2020 saylı, xx.xx.2020-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərardan çıxarışından görünür ki, Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)-2441/2018 saylı icra sənədinə əsasən, 25 may 2018-ci il tarixdən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş Günay, xx.xx.2005-ci ildə anadan olmuş Gülbəniz və xx.xx.2008-ci ildə anadan olmuş Əli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-720/2014 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay, hər uşağa 100 (yüz) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi, həmçinin, Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Borclu isə icra sənədi üzrə öhdəliyi yerinə yetirməmiş, icra sənədinin icrasından yayınmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs və tələbkarın, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında, borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 27 iyun 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-713/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-713/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver