Məhkəmə qərarları › İş №3(076)-717/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-717/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-717/2024 28.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı və xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilməsi məqsədə müvafiqdir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, icraatda olan 3(076)-717/2024 saylı və 3(076)-718/2024 saylı inzibati işlər birləşdirilməli, işə 3(076)-718/2024 nömrə ilə vahid nömrə verilməli, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106-cı, 109-cu, 111-ci və 34.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərinə, Şəmkir Rayon Məhkəməsinin binasına xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs və Şəmkir RPŞ-nin nümayəndəsinin iştirakları təmin edilsin. Şəxs barəsində 3(076)-717/2024 saylı və 3(076)-718/2024 saylı inzibati işlər 3(076)- 718/2024 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar