Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-72/2025 27.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 və X2 Müdafiəçi: Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2002-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:43 radələrində Bakı-Qazax yolu 380-ci km. idarə etdiyi MERCEDES BENZ ATEGO YÜK markalı 57AC845 nömrəli avtomaşınla mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı izlərin buraxılması il nəticələnən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmiş, həmçinin polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi proses iştirakçılarının izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında BDYP-nin YPXA-nın 9-cu taqımının inspektoru polis baş serjantı X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman təxminən saat 14:10 radələrində MERCEDES BENZ ATEGO YÜK markalı 57AC845 nömrəli avtomaşına nəzarət yoxlama qaydasında saxla işarəsi vermiş, lakin həmin nəqliyyat vasitəsinin sürücüsü onun tələbinə tabe olmayaraq hərəkəti davam etdirmişdir. O, sonuncunu patrul avtomobili ilə qarşıda saxlamış və sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, sənədlərinə baxış keçirən zaman yol vərəqəsinin olmadığını və qanunsuz işiq cihazları quraşdırılması müəyyən olunmuşdur. O, sonuncunu qanuna müvafiq qaydada onunla birlikdə mühafizə olunan duracağa qayıtmasını bildirmişdir. Həmin sürücü qismən hərəkətini davam etdirərək ərazidən uzaqlaşmağa çalışmış, ona səs gücləndirici vasitəsilə saxlamasını bildirmiş və o avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradaraq hərəkətini davam etdirmişdir. O digər patrul maşınını köməyə çağırmış, lakin o yenə tabe olmamışdır. Bir müddət sonra avtomobili saxlayıb, düşüb qaçan zaman onlar onu saxlamış barəsində tədbir görməsi üçün Şəmkir RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 14:10 radələrində Bakı-Qazax yolunda polisin qanuni tələbinə qəsdən tabe olmamsı əsası ilə Şəmkir RPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, o Gəncə Texnologiya Universitetinin 2-ci kurs tələbəsidir və əyani təhsil alır. Hal-hazırda imtahanlara hazırlıq üçün buraxılmışdır. Bu dövrdə o, Goranboy rayon sakini Babək Abbasova məxsus MERCEDES BENZ ATEGO YÜK markalı 57AC845 nömrəli avtomobil vasitəsilə bir istiqamətdən digər istiqamətə yük daşıyaraq müəyyən miqdarda pul qazanmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 14:00 radələrində Tovuz rayonundan avtomobilə mebel yığaraq Bakı şəhərinə apararkən, Şəmkir rayonunda yerləşən postda polis əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. O, bunu eşitmədiyindən avtomobili hərəkət etdirməyə davam etmişdir. Yol polisi əməkdaşları xidməti maşınları ilə arxası ilə gələrək səs gücləndirici vasitəsi ilə saxla əmri vermişlər. O avtomobili kənara çəkib saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona həmin avtomobili idarə etməsi üçün etibarnaməsi olmadığını qeyd edərək avtomobili duracağa aparacaqlarını bildirmişlər. Həmin avtomobil "xxxx" MMC-yə məxsus olduğundan, o, ziqzaqvari hərəkətlər edərək polis isçilərindən yayınmaq istəmişdir. O, polis əməkdaşlarının tələblərinə tabe olmadığına görə özünü təqsirli hesab edir və həmin hərəkətlərinə görə peşmandır. Lakin o, hesab edir ki, avtoxuliqanlıq hərəkətləri etməmişdir, özünü İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli hesab etmir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman təxminən saat 14:10 radələrində MERCEDES BENZ ATEGO YÜK markalı 57AC845 nömrəli avtomaşına nəzarət yoxlama qaydasında xidmət yoldaşı Fariz Əhmədov tərəfindən saxla işarəsi verilmiş, lakin həmin nəqliyyat vasitəsinin sürücüsü onun tələbinə tabe olmayaraq hərəkəti davam etdirmişdir. Onlar sonuncunu patrul avtomobili ilə qarşıda saxlamış və xidmət yoldaşı Fariz Əhmədov sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, sənədlərinə baxış keçirən zaman yol vərəqəsinin olmadığını və qanunsuz işiq cihazları quraşdırılması müəyyən olunmuşdur. O, sonuncunu qanuna müvafiq qaydada onunla birlikdə mühafizə olunan duracağa qayıtmasını bildirmişdir. Həmin sürücü qismən hərəkətini davam etdirərək ərazidən uzaqlaşmağa çalışmış, ona səs gücləndirici vasitəsilə saxlamasını bildirmiş və o avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradaraq hərəkətini davam etdirmişdir. Həmin vaxt digər patrul maşını köməyə çağırılmış, lakin o yenə tabe olmamışdır. Bir müddət sonra avtomobili saxlayıb, düşüb qaçan zaman onlar onu saxlamış barəsində tədbir görməsi üçün Şəmkir RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İşdə olan CD diskdə olan videogörüntülərdən görünür ki, Şəxs MERCEDES BENZ ATEGO YÜK markalı 57AC845 nömrəli avtomobillə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmiş, həmçinin polis işçisinin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadəsini, hadisəni əks etdirən videogörüntüləri və tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Qöstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İnzibati Хətalar Мəcəlləsinin 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 27 yanvar 2025-ci il tarixdən saat 17:50-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-72/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-72/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver