Məhkəmə qərarları › İş №3(076)-725/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-725/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-725/2024 28.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X9 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir şəhəri, N.ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 18 may 2024-cü il tarixdə Şəmkir şəhəri, F.Salmanov 22 A ünvanında yaşayan Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və şahidlərin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X17 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə Şəmkir rayonu, F.Salmanov küçəsi ev 22-də yaşayan X3 adını bilmədiyi qonşusunun onun doqquz yaşlı qızı Rübabəni və yeddi yaşlı oğlu Öməri binanın girişində küçədə əhatəyə alaraq döyməsi, hər iki uşağa qarşı seksual xarakterli hərəkətlər etməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir şəhəri, N.Nərimanov küç, bina 77, mənzil 19da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, barəsində şikayət edən X5 tanımır. Səid İsgəndərov onun qızı X3 qonşusudur. Bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, işdən çıxıb qızı Aytacın dəvəti əsasında onların yaşadıqları ünvana getmişdir. Orada azyaşlı nəvəsi X18 və X10 ağlamış vəziyyətdə üstünə gəlib Səidin azyaşlı oğlu, Zərərçəkmiş şəxs onların əynində olan şalvarlarını əlləri ilə aşağı çəkdiyini demişlər. O, Fəridin yaşadığı evə gedib səbəbini bilmək istədikdə. onların yaşadıqları evin qarşısında Fərid ilə qarşılaşmışdır. Həmin an Fəridə öz iradını bildirib nə səbəbə belə hərəkət etdiyini soruşmuşdur. Bu zaman Fərid ona etmiş olduğu hərəkətə görə atası onu döydüyünü demişdir. Eyni zamanda etdiyi hərəkətləri təsdiqləyib yaxşı etdiyini bildirmişdir.Şəxs onun sözlərinə əsəbləşib onun sifətindən əlləri ilə tutub qaldırmaq istəyən zaman Fərid əlindən çıxıb yerə yıxılmışdır. Bundan sonra Fəriddən uzaqlaşıb digər onunla birlikdə olan Fikrət adlı şəxsi axtarmağa getmişdir. Fikrəti tapmayıb yenidən qızı Aytacın evinə gəlmişdir. Daha sonra rəsmi şikayət etmişlər. Eyni zamanda Səid İsgəndərovun da onun barəsində şikayət etdiyini bilmişdir. Hazırda əməlindən peşmandır, əsəbi olmuşdur, odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Şəmkir şəhəri, F.Salmanov 22 A ünvanında yaşayır. Rəsmi olaraq N.Nərimanov adına tam orta məktəbin 5B sinfində oxuyur. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o, dostu Fikrətlə səsgücləndirici oxudarkən Şəxs nəvəsi Ömər Əliyev, bacısı Rübabə Əliyeva ilə birlikdə onların yanına gəlmişlər. Orada birlikdə oynamağa başlamışlar. Fikrət ilə Zərərçəkmiş şəxs zarafatlaşaraq biri-birinin şalvarını aşağı çəkmişlər. Daha sonra top oynamışlar. Bundan sonra o, zarafatcasına Ömərin qollarını tutmuş, Fikrət isə onun şalvarını aşağı çəkmişdir. Bundan sonra Rübabəyə zarafatcasına səninkini də aşağı dartacaqlarını demişlər. Lakin onun şalvarını aşağı dartmamışlar. Bundan sonra onlar çıxıb öz evlərinə getmişlər. O, evlərində olan zaman Ömərin valideyini evə gəlib səs-küy salmışdır. Bundan sonra Fəridin valideyinləri onu evdə qoyub Gəncə şəhərinə getmişlər. Valideyinləri getdikdən sonra Ömərin nənəsi Şəxs onun yanına gəlib ona öz iradını bildirmişdir. Daha sonra nalayiq ifadələr işlədib əlləri ilə baş və ağız nahiyələrinə vurub hər iki əli ilə sifətini sıxıb ona xəsarət yetirmişdir. Nəticədə o, yerə yıxılmışdır. Kəmalə onun yerə yıxıldığını və ağzından qan gəldiyini görüb aralanıb getmişdir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, F.Salmanov 22 A ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şəxs tanımır. Şəxs qızı, X7 onun qonşuluğunda kirayəçidir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, əri Səidlə birlikdə şəxsi işləri ilə bağlı Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində olan zaman Şəxs Səidə zəng edib azyaşlı oğlu Fəridin onun azyaşlı nəvəsi X11 zarafatcasına şalvarını digər azyaşlı yoldaşı Fikrət adlı uşaqla aşağı dartdıqlarını və Fəridi gətirib üzür istətdirməyi demişdir. Eyni zamanda nalayiq ifadələr işlətmişdir. Səid onun sözlərinə əsəbləşib rəsmi qaydada gedib şikayət etməsini izah etdi. Axşam saat 22 radələrində yaşadıqları evə gələn zaman azyaşlı oğlu Fəridin Kəmalə tərəfindən döyüldüyünü bilmişdir. Həmin günün səhəri günü onlara məlum oldu ki, Şəxs Şəmkir RPŞ-nə rəsmi olaraq müraciət etmişdir. Eyni zamanda onlar da Şəxsbarəsində şikayət etmişlər. Hazırda Şəxs şikayətçidirlər və onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X8 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yaşayır, Şəxs tanımır, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində həyətdə olan zaman, sonradan tanıdığı Şəxs onların yaşadığı ünvana gələrək bu zaman həyətdə olan azyaşlı qonşusu Zərərçəkmiş şəxs ağzından və üz nahiyəsindən vurduğunu görmüş, daha sonra onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs burunundan qan gəlmişdir və o, digər qonşular X6 və X12 ilə birlikdə Zərərçəkmiş şəxs köməklik etmişlər. Hadisədən sonra Şəxs həmin yerdən uzaqlaşmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X6 və X12, X8 ilə eyni məzmunlu ifadə verərək Nargilə Mejlumovanın məhkəmə iclasında qeyd etdiyi xüsusatları bir daha təstiq etdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 20 may 2024-cü il tarixli, 441 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət- boyunun sol yan səthinin qançırı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 18 may 2024-cü il tarixə uyğun glir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin, şahidlərin izahatlarını, 20 may 2024-cü il tarixli, 441 saylı rəyi tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar