Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-726/2023 15.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Bayramlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon X8 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir rayon X8 Polis Bölməsində tərtib olunmuş materiallar baxılması üçün 15 may 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara görə, Şəxs 13 may 2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində MN ******* saylı protokol üzrə 3(076)-727/2023 saylı və MN ******* saylı protokol üzrə 3(076)-726/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən eyni vaxtda törədildiyindən və eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-726/2023 sayla birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi, polis baş leytenantı X3 bildirdi ki, Şəxs 13 may 2023-cü il tarixdə saat 17-radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlədərək getmiş, bu vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün, barəsində qeyd olunan maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 8 ay əvvəl Göyçay rayonunda çoban işləmiş, lakin pulunu verməmişlər. Buna görə 13 may 2023-cü il tarixdə saat 17-radələrində yaşadığı ünvan 2 olarkən 102 xidmətinə zəng edərək pulunu ala bilməməsi barədə məlumat vermişdir. Daha sonra sərxoş olduğu üçün küçədə nalayiq ifadələr işlətmiş, bu vaxt polis əməkdaşları onu Şəmkir RPŞ-nin X9 gətirmişlər. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin X7 manqa komandiri, polis baş serjantı X2 izahatında göstərmişdir ki, 13 may 2023-cü il tarixdə saat 17-radələrində polis nəfəri serjant X5 rayonu Bayramlı kəndi ərazisində xidmətdə olarkən, həmin kənddə yaşayan Şəxs küçədə ünvansız nalayiq ifadələr işlədərək getdiyini görmüşlər. Bu vaxt həmin şəxsi nizam-intizama dəvət etmək üçün ona yaxınlaşmışlar, lakin sonuncu onlara məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Şəxs onların qanuni tələbinə tabe olmadığı və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərərək ictimai qaydanı pozduğu üçün sonuncunu X9 gətirmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 may 2023-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi, proses iştirakçılarının və şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin ərəcəsini nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmə iclasında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 (iki) saata görə (2 saat X 6 manat) 12 manat ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 13 may 2023-cü il tarixdən, saat 17:30dan hesablansın. Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında iştirak etdiyi saatlara görə, ümumilikdə 2 (iki) saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 12 (on iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod: 805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protetst verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-726/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-726/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver