Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-726/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 və qərardan şikayət vermiş şəxs X3 vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət verərək, barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarında göstərilmişdir ki, "Dolce Vita" iaşə obyektində xx.xx.2025-ci il tarixdə ətraf mühitin mühafizəsi həyata keçirilərkən müvafiq icra hakimiyyəti orqanının qanuni tələbləri və ya qərarları yerinə yetirilməmişdir. Nəticədə, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddənin tələbinə əsasən 3000 (üç min) manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar tam əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri pozularaq qəbul edilmişdir və buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarda protokolun tərtib edilməsi göstərilsə də, şikayətçinin bu protokoldan xəbəri olmamış, onunla tanış edilməmiş və protokol şikayətçi tərəfindən imzalanmamışdır. Barəsində tərtib olunmuş qərara baxılarkən şikayətçinın iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı işin baxılmasının vaxtı və yeri barədə şikayətçiyə məlumat verilməmişdir. Nəticədə, qərar qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) müdafiə hüququnun həyata keçirilməsinə şərait yaratmamış, sübutların araşdırılması və qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Yəni, inzibati xəta haqqında işə şikayətçinin iştirakı olmadan baxılmışdır. Həmçinin, ünvan 1 ünvanda yerləşən "Dolci Vita" iaşə obyektinin ona heç bir aidiyyəti yoxdur. "Dolci Vita" iaşə obyektini şikayətçi 2024cü ilin avqust ayından 2025-ci ilin yanvar ayınadək vergi ödəyicisi kimi qeydiyyatdan keçərək kafe-restoran kimi işlətmiş, lakin 2025-ci ilin yanvar ayından obyekti sahiblərinə geri qaytarmışdır. Həmin tarixdən sonra şikayətçinin "Dolci Vita" iaşə obyekti ilə heç bir əlaqəsi olmamışdır. Hal-hazırda "Dolci Vita" iaşə obyekti ünvan 2 ünvanda X4 istifadəsindədir. Bu halları təsdiq edən sənədlər mövcuddur və məhkəməyə təqdim olunacaqdır. Onun "Dolci Vita" iaşə obyektinə heç bir aidiyyəti olmadığı halda barəsində inzibati xəta haqqında qərar qəbul edilərək İXM-in 541-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimələnməsi qanunsuz və əsassızdır. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan araşdırma və yoxlama zamanı nəyin əsasında şikayətçi barəsində protokol və qərar tərtib edilməsi göstərilməmişdir. Eyni zamanda, qərar qəbul edilərkən, yəni barəsində inzibati xəta haqqında işə şikayətçinın iştirakı olmadan baxılmış, işə baxılmasının yeri və vaxtı ona vaxtında bildirilməmiş və bu barədə şikayətçinın məlumatı olmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs və onun vəkili şikayət ərizəsinə uyğun izahat edərək, şikayəti təmin edilməsi barədə qərar qəbul edilmisini xahiş etmişlər. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 izahat verərək bildirdi ki, "Dolce Vita" iaşə obyektində xx.xx.2025-ci il tarixdə ətraf mühitin mühafizəsi həyata keçirilərkən müvafiq icra hakimiyyəti orqanının qanuni tələbləri və ya qərarları yerinə yetirilməmişdir. Nəticədə, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddənin tələbinə əsasən 3000 (üç min) manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilən zaman obyekt Baxşəli Hacıyevin istifadəsində olmuşdur. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Dolci Vita” iaşə obyektinin xx.xx.2025-ci il tarixdə ətraf mühitinin mühafizəsinin həyata keçirilən müvafiq icra hakimiyyəti orqanın qanuni tələblərinin və ya qərarları yerinə yetirilməmişdir. X1 İXM-nin 541 maddəsinin nəzərdə tutulmuş inzibati xətanı törəmişdir. Ona görə də 3000 manat məbləğinə cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, X10 və X2 Ayaz Fəxrəddin oğluna ünvan 3 ünvanda yerləşən əmlakı icarəyə vermişlər. İş materiallarına əlavə edilmiş **********025700 nömrəli, xx.xx.2025-ci il tarixli 14 saylı Vergilər İdarəsinin tərəfindən verilmiş məktubdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2090-ci il tarixinədək vergi fəaliyyəti dayandırılmışdır. İş materiallarına əlavə edilmiş **********392300 nömrəli xx.xx.2025-ci il tarixli 14 saylı Vergilər İdarəsinin tərəfindən verilmiş məktubdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək vergi fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati icraat aparılan şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, ekspert rəyləri ilə, inzibati protokolla və digər prosessual sənədlərlə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə ilk öncə onu qeyd edir ki, X9 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, səlahiyyətli orqan tərəfindən onun iştirakı təmin edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edildiyi halda, inzibati xəta haqqında işə baxılmasında iştirak etməsi barədə bildiriş Baxşəli Hacıyevə göndərilməmişdir. Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Digər tərəfdən iş materiallarından görünür ki, “Dolci Vita” iaşə obyektində inzibati xəta törədildiyi iddia edilən vaxt obyekt artıq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 istifadəsində olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bundan əlavə, həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən, 135.1.1-ci maddədə nəzərdə tutulmuş hallar mövcud olduqda – yəni mühüm faktiki halların araşdırılmaması müəyyən edilərsə – qərarın ləğv edilməsi üçün əsas yaranır. Hazırkı işdə də inzibati xəta protokolu şikayətçiyə təqdim edilməmiş, onun iştirakı təmin olunmamış, obyektin aidiyyəti araşdırılmamış və əsas sübutlar toplanmamışdır. Bu isə qəbul edilmiş inzibati qərarın qanunsuz və əsassız olmasını göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-726/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-726/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver