Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-733/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN BDYP-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4, barəsində Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru X6 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 338.3-cü maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi; Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektrou X6 qanunsuz hərəkətlərinə görə barəsində məsuliyyət tədbiri görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdimat göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdi ki, xx.xx.2025-ci il tarixdə həyat yoldaşı X5 ilə ona məxsus "HYUNDAİ SANTA FE MİNİK" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəmkir şəhərində yerləşən Şəmkir Sağlamlıq Tibb Mərkəzinə getmişlər. İddiaçı 24 həftəlik hamilə olmuş və həmin gün səhhətində yaranmış narahatlıqla əlaqədar hamiləlik müayinəsinə gedirmiş. İddiaçı arxa sərnişin oturacağında əyləşmişdir. Hamiləliyi ilə əlaqədar təhlükəsizlik kəmərindən istifadə edə bilməmişdir. Belə ki, kəmər onu sıxmış və vəziyyətini daha da pisləşdirmişdir. Tibbi müayinəyə gedərkən, təxminən səhər saat 09:04 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində nəqliyyat vasitəsi sonradan adı məlum olan Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru X8 tərəfindən heç bir səbəb olmadan saxlatdırılmış və cavabdeh inspektor həyat yoldaşı ilə əsassız yerə mübahisə etməyə başlamışdır. Həmçinin inspektor onu hədələyərək post patrul xidməti əməkdaşlarını çağırıb qolu qandallı polis şöbəsinə aparacağını bildirmişdir. Daha sonra inspektor avtomobilin arxa sərnişin oturacağında iddiaçını görüb, təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə cərimə yazacağını bildirmişdir. İddiaçı və həyat yoldaşı onun hamilə olduğunu, kəmərin onu sıxdığını və bu səbəbdən kəmər taxa bilmədiyini izah etsələr də, inspektor onların dediklərinə məhəl qoymamış və cərimə yazılacağını demişdir. Lakin həmin vaxt heç bir sənəd təqdim edilməmişdir. Onlar çıxıb müayinəyə getmişlər. Hadisədən sonra yalnız xx.xx.2025-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, Şəmkir RPŞnin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru X8 onun barəsində İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə 30 manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. İddiaçı həmin qərardan narazıdır və hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru X8 barəsində məsuliyyət tədbiri görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdimat göndərilməlidir. İddiaçı qeyd edir ki, xx.xx.2025-ci il tarixdə tibbi müayinəyə gedərkən hamiləlik vəziyyəti ilə bağlı son zərurət vəziyyəti olaraq arxa sərnişin oturacağında təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Bu əməl İXM-in 338.3cü maddəsində göstərilən inzibati xəta əlamətlərinə uyğun olsa da, iddiaçı son zərurət vəziyyətində özünün və uşağının həyatını və sağlamlığını qorumuşdur. Buna görə də təhlükəsizlik kəmərini taxmamışdır. Hamiləliklə bağlı tibbi sənədlər şikayət ərizəsinə əlavə olunmuşdur. Bundan başqa, yol polisi əməkdaşının həmin vaxt nəqliyyat vasitəsini hansı səbəbdən saxlaması da məlum deyildir. Çünki iddiaçı avtomobildə arxa oturacaqda oturmuşdu və onun təhlükəsizlik kəməri taxmadığını yol polisi əməkdaşı görmürdü. Ümumiyyətlə, nəqliyyat vasitəsi yol polisi əməkdaşı tərəfindən heç bir səbəb olmadan qanunsuz saxlanılmışdır. Çünki həmin vaxt həyat yoldaşı nəqliyyət vasitəsinin idarəərk vizial olaraq hər hansı inzibati xəta törətməmşdir. Şikayət vermiş şəxs X4 şiakyət ərizəsinə uğun ifadə edərək, şikayəti təmin edilməsi barədə qərar qəbul edilmisini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə və şikayət vermiş şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş qızı DİN BDYP-nin qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 barəsində xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektrou X8 tərəfindən protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş, qərarda X4 xx.xx.2025-ci il tarixdə sərnişin tərəfindən , təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 30 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli “Şəmkir Sağlamlığ” Tibbi Mərkəzindən tərəfindən verilmiş rəyindən görünür ki, dölün fetometrik gösərcilərinin görə 24 həftə 6 günlük; son mənsisə görə 24 həftəlik hamiləlik izlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən materialları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi baş verən vaxt X3 inzibati protokol tərtib edilərkən onun hamilə olması açıq-aşkar görünürdü. Bu hal “Yol hərəkəti haqqında” Qanunun və “Yol hərəkəti qaydaları”nın müvafiq müddəalarına əsasən təhlükəsizlik kəmərindən istifadə etməməyə dair istisnaya daxildir. Belə olan halda protokolun tərtib edilməsi əsassız sayılmalı və həmin inzibati xətaya görə məsuliyyət tətbiq edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bu baxımdan, X3 qarşı inzibati məsuliyyət tədbirinin tətbiqi əsassız olduğundan, icraata xitam verilməlidir. Yol hərəkəti haqqında qanun 37.6-ci maddəsinə əsasən, konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi baş verdiyi vaxt X3 inzibati protokol tərtib edilərkən onun hamilə olması açıq-aşkar görünmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı hissəsinə və “Yol hərəkəti qaydaları”nın müvafiq müddəasına əsasən hamilə qadınların təhlükəsizlik kəmərindən istifadə etməməsi inzibati xəta hesab edilmir və bu hal qanunla müəyyən edilmiş istisnalara daxildir. Beləliklə, inzibati protokol qanunvericiliyin tələblərinə uyğun olmayaraq tərtib edildiyindən əsassız hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bu baxımdan, X3 qarşı inzibati məsuliyyət tədbirinin tətbiqi əsassız olduğundan, icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 inzibati tənbeh verilməsinə dair DİN BDYP-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-733/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-733/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver