Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-734/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Məsail oğlunun sədrliyi X6 Fərəc qızının katibliyi X1 iştirakları ilə Azərbaycan Respublıkası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXM-nin 346.4-cü madddəsi ilə EQ 29013265 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş xx.xx.2025-ci il tarixli şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: AR DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29013265 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonran İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Baş DYPİ–nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EQ 29013265 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 7-8 ildir diabet xəstəliyindən əziyyət çəkir, 3 iyul 2025-ci il tarixində Şəmkir rayonu 20 yanvar küçəsində **-HD-*** qeydiyyat nişanlı VOLVO-XC-90 markalı minik avtomobili idarə edərək, hərəkətdə olarkən qanında şəkərin miqdarı yüksələrək səhəti pisləşdiyinə görə və avtomobili artıq çətinliklə idarə etdiyindən bu vəziyyətdə dərhal şəkəri salan dərman istifadə edilməsi zəruri olduğundan, şəkəri salan dərman olan “Qlyukovanj” adlı dərmanı təcili olaraq almaq üçün 20 yanvar küçəsində yolun kənarında gördüyü ilk “Araz” adlı aptekin qarşısında avtomobilini son zərurət halının yarandığına görə saxlamış və müvəqqəti olaraq saxladığı üçün, saxlayarkən xəbərdarlıq siqnalını yandırmışdır. Aptekdə həmin dərmanı alıb və qəbul edib, dərhal aptekdən çıxmışdır və avtomobilini idarə edərək həkimə getmişdir. Qərardakı fotoşəkildə də xəbərdarlıq siqnalını yandırdığının əks olunduğunu bildirmişdir. Lakin, bildirmək istəyir ki, səhhəti ilə bağlı o son zərurət halı yarandığına görə məcburi şəkildə qadağan olunmuş yerdə avtomaşınını saxlamışdır. Bu səbəbdən yazılan cəriməni və qəbul edilmiş qərarı əsassız hesab edir. Odur ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29013265 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X4 şikayətin dəlillərini müdafiə edərək şikayət ərizəsinə uyğun izahat vermişdir və şikayətini əsaslığını təsdiq edən aşağıdakı sənədləri məhkəməyə təqdim etmişdir: -xx.xx.2025-ci il tarixli, EQ 29013265 nömrəli inzibati xəta haqqında iş üzrə qərar və ona əlavə edilmiş fotoşəkil; -Xəstəliyi barədə ambulator kitabçasının çıxarışı; -Maşını saxladığı 20 yanvar küçəsində yerləşən “Araz” aptekinin foto görüntüsü; -Şəkərin səviyyəsini salan “Qlyukovanj” dərmanın təsfiri. Məhkəmə iclasında iştirak etmiş mübahisələndirilən protokolu və qərarı tərtib edən Şəmkir RPŞ-nin DYPB–nın nümayəndəsi polis serjantı X3 mübahisələndirilən qərarla bağlı bidirmişdir ki, xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verilməmişdir və **-HD-*** qeydiyyat nişanlı VOLVO-XC-90 markalı minik avtomobilin yanında sürücüsü və ya digər şəxs olmadığından maşının qanunsuz saxlanmasının səbəbini aydınlaşdırmaq mümükün olmamışdır. Şikayətdə göstərilən hal olduğda və onlara bu haqda məlumat verildikdə onlar tərəfindən belə pozuntular aşkar olanda zərurət vəziyyətini nəzərə alaraq müvafiq protokol tərtib edilmir. Odur ki, qeyd edilən avtomobilin sürücüsü X4 şəkər xəstəsi olduğundan dərman alması zərurəti ilə avtomobili qadağan olunmuş yerdə saxlamağı barədə məlumatı olsaydı əksinə vətəndaşa zəruri tibbi yardım göstərilməsində müvafiq köməklik göstərərdi. İXM-nin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, EQ 29013265 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 346.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan,xx.xx.2025-ci il tarixli ambulator kitabçasının çıxarışından görünür ki, X4 xx.xx.2017-ci il tarixindən 2-ci dərəcəli orta ağır şəkərli diabet xəstəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin əsasən: İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (İXM-nin 6.2-ci maddəsi); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir(İXM-nin 8 maddəsi). Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: şəxs son zərurət vəziyyətində hərəkət etdikdə(İXM-nin 53.1.3-cü maddəsi). İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (İXM-nin 61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddə); Azərbaycan Respublikası “X8” qanunnun 30-cu maddəsinə əsasən məcburi dayanma texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması baş verə bilər. Azərbaycan Respublikası “X8” qanunnun 43-cü maddəsinə əsasən; İİİ. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir. Vİİ. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. Vİİİ. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. İX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. Yuxarıda sadalanan hallara əsasən məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələbləri nəzərə alınmamışdır. İşin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, sürücünün vəziyyətinin doğurduğu təhlükə səbəbi ilə nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasının baş verməsini aydınlaşdırmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İXM-nin 135.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması.(İXM-nin 135.1.1) İXM-nin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 xx.xx.2017-ci il tarixindən 2ci dərəcəli orta ağır şəkərli diabet xəstəsi olduğundan təqsirsizlik prezumpsiyasına əsasən sürücünün vəziyyətinin doğurduğu təhlükə səbəb ilə, şəxs son zərurət vəziyyətində hərəkət edərək, xəstəliyi hərəkət anından kəskinləşdiyindən , təcili dərman qəbul edilməsi və yaxında olan aptektən dərman ləvazimatının alınması zəruriliyi ilə bağlı nəqliyyat vasitəsinin hərəkətinin qadağan olunmuş yerdə saxlanılması baş vermişdir.Bu səbəbdən şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29013265 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.3, 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, EQ 29013265 saylı İXM-nin 346.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli qərar İXM-nin 53.1.3-cü maddəsinə əsasən ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-734/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-734/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver