Məhkəmə qərarları › İş №3(076)-737/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-737/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-737/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Şəmkir Rayon Polis Şöbəsində tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsində protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunur ki, Şəxs avtomaşını Şəmkir-Yeni Həyat yolunda idarə edərkən manevr etmə qaydasını pozub, hərəkədə olan VAZ 21041 **-XA-*** nömrəli avtomobilin qarşısına çıxaraq toqquşub. Hadisə zamanı yüngül dərəcəli xəsarətləri almışdır. Bununla da Şəxs Zaman oğlu Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş Şəmkir Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, 18 sentybr 2022-ci il tarixdə Hüseynli sənan firdovsi oğlu idarə etdiyi VAZ 21041 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 yolunda hərəkətdə olan zaman Şəxsn idarə etdiyi VAZ1154 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün müddət keçdiyindən onun barəsində başlanmış icraata xitam verilməlidir. İnzibati xəta kimi nəzərdə tutulan hərəkət xx.xx.2022-ci il tarixdə törədilmiş, həmin fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 18 oktyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Hazırkı material məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni cinayət işinin başlanmasının rədd edilməsindən 7 aydan artıq müddət keçdikdən sonra daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün xüsusi müddət (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsindən sonra 3 ay) keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı, işin icraatını rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Şəmkir Rayon Polis Şöbəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar