Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-739/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 05 avqust 2025-ci il Şəmkir şəhəri X3 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon polis şöbəsinin sahə rəisi X1 iştirakları ilə, Şəxs 05 avqust 1971-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəmkir RPŞ-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokola Şəmkir Rayon Məhkəməsində baxılaraq X2 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 00:30 radələrində bacısı Rəmalə Bayramova ilə qardaşı Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək, bacısı Rəmalə Bayramovaya məxsus əşyaları valideyinlərinin evinə qoyaraq, eyni zamanda bacısı Rənmalə Bayramovaya məxsus bir neçə əşyasını da götürmək istəmişdirlər. Onlar evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs ilə sözlü münaqişə etməyə başlamışlar. Zərərçəkmiş şəxs onların ünvanına nəlayiq ifadələr işlədərək onları evdən qovmuşdur. Sözlü mübahisə zamanı onun başına zərbələr vuraraq onu döymüşdür. Özünü müdafiə edərək qardaşını sinəsindən itələmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində yaşadığı Şəmkir rayonu Səməd Vurğun küçəsində yerləşən evə bacısı Şəxs, onun yoldaşı Seymur və digər bacısı Rəmalə Bayramova gəlmişlər. Şəxs evə daxil olan zaman onunla sözlü mübahisəyə başlamışdır. Daha sonra onun sinə nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O da bacısını əli ilə kənara itələmişdir. Bacısının bu gün ad günü olduğundan və qadın olduğundan ərizə verərək, Şəxs ilə barışır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan MN ******* nömrəli xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. İş materiallarından olan 07 iyul 2025-ci il tarixli, N-537 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəyə təqdim etmiş ərizəsində Zərərçəkmiş şəxs bacısı Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbi olmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl İXM-nin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda Şəxs barəsində İXM-nin 39 və 53.0.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Quliyev İlqar
Məhkəmə qərarları › İş №3(076)-739/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-739/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver