Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-74/2024 17.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində Şəmkir rayonu, İcra və Probasiya Şöbəsində ucadan nalayiq ifadə və söyüşlər söyərək səs küy salmışdır. Məhkəmə iclasında Şəmkir RPŞ-nin polis leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs barəsində əvvəlcədə İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, İcra və Probasiya Şöbəsində ucadan nalayiq ifadə işlədərək səs küy salmışdır. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Onundur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs İXM 510-cu maddəsi ilə inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, qardaşı qrijadan əməliyyat olduğundan onun əməliyyat xərci üçün 600 manat ödəməli olmuşlar. O, xx.xx.2024-cü il tarixdə 600 manat borc tapıb qardaşının əməliyyat xərcini vermişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə xəstəxanadan çıxıb Şəmkir rayon İcra və Probasiya Şöbəsinə gələrkən yolda mağazadan 2 ədəd Go adlı 8% spirtli içki alıb içmişdir. İcra Şöbəsində söyüş söyməmiş, çığıraraq narazılığını bildirmiş və ona uşağı ilə görüş verilməsinə köməklik etmələrini bildirmişdir. Anası və qarşı ilə birlikdə yaşayır, hazırda qardaşı xəstəxanada, anasının evdə tək olduğundan arvadına uşağı gətir görüm demişdir. Tələbkar da onu Şahid2 İlə hədələyir. O, İcra və Probasiya Şöbəsində mübahisə etmiş, uşağı görmək istədiyini, axı aliment ödədiyini, uşağını görmək üçün ona kömək edilməsini Şahid2 xahiş etmiş, bir iki günə 1000 (min) manat ödəyəcəyini də qeyd etmişdir. İcra məmuru Şahid2 onun sinəsindən tutub divara çırpmışdır. O, təxminən icra şöbəsində 15-20 dəqiqə səs-haray salmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İcra məmuru Şahid2 onu şillə ilə vurub hədələmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Şahid2 ifadəsində göstərdi ki, Şəxs tanıyır. O, icra sənədi üzrə borcludur. 2023-cü ilin avqust ayında da onun barəsində inzibati protokol tərtib olunmuşdur. Şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuşdur. 3000 (üç min) manatdan çox aliment borcu vardır, bu günə kimi də ödəniş etməyib. xx.xx.2024-cü il tarixdə saat 12:50 radələrində onun xidməti otağının qapısının bərk örtüldüyünü və uca səslə qışqıraraq səs küy yarandığını görmüş və bu hərəkətləri Şəxs etdiyinin şahidi olmuşdur. O, xidməti otağında və həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin dəhlizində Şəxs dəfələrlə sakitliyə riayət etməsini, səs haray salmamasını bildirmiş, lakin Şəxs tabe olmamış, əksinə daha da çox qışqırmış, onun üzərinə gəlmiş, nalayiq formada ifadər işlətmiş, Şəxs şöbənin dəhlizinə çıxarmasına baxmayaraq orada da səs küy yaratmış, beş nəfər əməkdaş onu dəhlizdə sakitləşdirə bilməmiş, hətta Şəxs İcra və Probasiya Şöbəsinə daxil olarkən mühafizəçiyə belə tabe olmadan şöbəyə daxil olmuş, polis əməkdaşları gəldikdə öz hərəkətlərini davam etdirmiş, Şəxs təxminən 20-25 dəqiqə onların iş rejimini pozmuş və öz hərəkətlərini davam etdirmişdir. Həmçinin Şəxs onun uşağı ilə görüşün onlar tərəfindən təşkil edilməsi ilə bağlı icra şöbəsinin icratında icra sənədinin olmaması diqqətinə çatdırılmış, lakin nəticəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Şəxs tanımır. xx.xx.2024-cü il tarixdə saat 12:50 radələrində səs küy olduğunu eşitmişdir. Səs küy ilk olaraq Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin otağından, daha sonra həmin Şöbənin dəhlizindən eşidilmişdir. Həmin şəxs spirtli içki içmişdir. 15-20 dəqiqə rəisin otağında mübahisə davam etmiş, Şəxs sakitliyə riayət etməyə dəvət edildi, lakin o tabe olmadı. O, narazılığını bildirən ifadələr işlətdi, işçilərdən heç kimə söymədi, lakin tələbkarın ünvanına qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid3 ifadəsində göstərdi ki, Şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə nahara 5-10 dəqiqə qalmış səs küy olduğunu eşitmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin otağının qapısının bərk örtüldüyünü eşitmiş daha sonra həmin adamın Şəxs olduğunu görmüşdür. Ondan niyə səs etdiyini soruşub, sakitləşdirməyə çalışsa da, o, rəisin otağına getmiş və orada səs küy etmişdir. Şəxs ucadan narazılıqlarını bildirmiş, söyünclər söyməmişdir. Mübahisə 20-30 dəqiqə rəisin otağında və dəhlizdə davam etmişdir. Şəxs nizam intizama dəvət edilmiş, lakin o əhəmiyyət verməmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli 384 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi 0.9 promil olmaqla sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, şahid ifadələri və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmiş, ağırlaşdıran hall isə onun inzibati xətanı sərxoş halda törətməsidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan inzibаti həbs növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsə almanın əvvəli hüqularının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 13:20-dən hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X3 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-74/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-74/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver