Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-740/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi Elmir İsaqlı tərəfindən Şəxs əməlində Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına qərar vermişdir. Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, S.Vurğun küçəsində Zərərçəkmiş şəxs döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi X10 izahat verərək bildirdi ki, 06 iyul 2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Malik Mehdiyev tərəfindən Şəxs barəsində inzibati icraat başlanılmışdır. O, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Onunla aralarında normal münasibətlər yoxdur. xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində bacısı Zərərçəkmiş şəxs, əri Seymur və digər bacısı Rəmalə onun yaşadığı ünvana gəlmişlər. Zərərçəkmiş şəxs evə daxil olan kimi, onunla sözlə mübahisə etməyə başlamışdır. Daha sonra, onun sinə nahiyyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmuşdur. O da əli ilə kənara itələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun qardaşıdır. Hal hazırda anası ilə birlikdə eyni ünvanda yaşayırlar. Şəxsla aralarında normal münasibətlər yoxdur. Belə ki, onun və digər bacılarının valideynlərinin evinə getməsinə icazə vermir. Onlar analarının yanına gedəndə onları evdən qovur. X3 onun bacısıdır. Rəmalə Bayramova onunla eyni ünvanda yaşayır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixə keçən gecə saat 00:30 radələində o, bacısı Rəmalə Bayramova və X1 Allahverdiyevin yaşadığı ünvana getmişlər. X6 məxsus əşyaları valideynlərinin evinə qoyacaqdılar eyni zamanda Rəmalə Bayramovanın bir neçə əşyasını da evdən götürmək istəyirdilər. Onlar evə daxil olduqdan sonra Şəxs onlarla sözlə mübahisə edərək üvanlarına nalayiq ifadələr işlədib onları qovmuş aralarında baş verən mübahisə vaxtı Şəxs əl zərbələri ilə baş nahiyyəsinə vuraraq onu döymüşdür. Məhkəmə inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xəta törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis mayoru X9 tərəfindən Şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı müraciətləri əsasında Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 00:30 radələrində Şəmkir şəhər S.Vurğun küçəsində valideynlərinə məxsus fərdi yaşayış evində qardaşı Şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXMin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2025-ci il tarixli 538 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki bazu nahiyyəsinin və sağ said nahiyyəsinin yuxarı üçdə birinin ön səthinin qançırları KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2025-ci il tarixli 537 saylı rəyindən məlum olur ki, Şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə Şəxs zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Eləcə də, iş materiallarında olan ekspert rəyi ilə də Şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi sübut olunmuşdur. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-740/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-740/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver