Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-742/2023 06.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Barəsində qərar çıxarılmış: X6 nümayəndəsi X7 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi X4 iştirakı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax– Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X6 nümayəndəsi X12 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsi təmsil etdiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X6 barəsində 28 mart 2023–cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında qəbul edilmiş 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. İşin hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin araşdırması nəticəsində guya X2 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə təmsil etdiyi şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, X1 rayonu Könüllü kənd 3 saylı körpələr evi–uşaq bağçasında dalandar vəzifəsində işləmiş, xx.xx.2023–cü il tarixli 2 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmiş və işəgötürən qismində həmin bağçanın müdiri Mətanət Cahangirli çıxış etmişdir. Bundan da görünür ki, inzibati xətanın bilavasitə X11 tərəfindən törədilməsi sübut olunmur. Həmçinin, qəbul edilmiş 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar əsaslandırılmamış, konkret olaraq hansı əməlin törədilməsi və ya hansı qanun pozuntusunun baş verməsi müəyyən edilmir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi X8 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, təmsil etdiyi hüquqi şəxs tərəfindən Şəmkir rayonu Könüllü kənd 3 saylı körpələr evi–uşaq bağçasında aparılmış araşdırma zamanı işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, qeyd edir ki, işçinin əmək müqaviləsinə xitam verilərkən son əməliyyatların aparılması təhsil idarəsinin səlahiyyətidir. Məhz bu səbəbdən də inzibati xəta haqqında protokol və qərar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X6 barəsində tərtib edilmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax– Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X6 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Şəmkir rayonu Könüllü kənd 3 saylı körpələr evi–uşaq bağçasının xx.xx.2023–cü il tarixli 2 nömrəli əmrdən görünür ki, bağçanın dalandarı X2 vəzifəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin B bəndinə əsasən xx.xx.2023–cü il tarixdən ixtisara düşməsi, 16 ildən artıq əmək stajı olduğu üçün əmək haqqının iki misli dəyərində müavinət ödənilməsi əmr edilmişdir. İşdə olan son haqq–hesab cədvəlindən görünür ki, X3 531,75 manat müavinət hesablanmışdır. İşdə olan "xxxx" ASC–dən çıxarışdan görünür ki, xx.xx.2023–cü il tarixə X3 531,75 manat müavinət ödənilmişdir. İşdə olan 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X6 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 60.1–ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı–ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3–cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83–cü maddəsinin 2–ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq–hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən olunur ki, işçinin əmək müqaviləsinə xitam verilərkən son haqq–hesab qanunvericiliyə uyğun şəkildə ödənilməmişdir. Belə ki, X2 əmək müqaviləsinə xx.xx.2023–cü il tarixdə xitam verilsə də, son haqq–hesab xx.xx.2023–cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə–vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən işçinin əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntularına yol verilmiş, işəgötürən son haqq–hesabı sonuncu iş günü deyil, bir neçə gün sonra işçiyə vermiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsi tərəfindən haqlı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, X6 nümayəndəsi X12 məhkəmə iclası zamanı X2 əmək müqaviləsinə xitam verilməsinə dair əmrin Şəmkir rayonu Könüllü kənd 3 saylı körpələr evi–uşaq bağçasının müdiri Mətanət Cahangirli tərəfindən verilməsini, dolayısı ilə inzibati xətanın bilavasitə X11 tərəfindən törədilməməsini iddia etsə də, məhkəmə qeyd edir ki, işçinin maliyyə hesabatlarının aparılması təhsil idarəsinin səlahiyyətində və nəzarətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi əsasında inzibati cərimə edilməsinə dair 10 aprel 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-742/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-742/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver