Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-744/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu Şiştəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş protokol baxılması üçün 16 may 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 16 may 2023-cü il tarixli MN ******* nömrəli və 16 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasının önündə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərdi ki, Şəxs sabah tezdən saat 06:00-da Şəmkir Rayon Polis Şöbəsinə şikayət etmək üçün içkili vəziyyətdə gəlmiş, Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasının və şöbə rəisinin xidməti avtomobilinin videosunu mobil telefon çəkmişdir. Polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etmişlər və ondan niyə belə əməl etdiyini soruşduqda Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu nizam intizama dəvət etsələrdə Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadığı üçün onu növbətçi hissəyə təhvil vermişlər. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində inzibati həbs olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun avtomobilinə hücum olunduğu üçün Şəmkir Rayon Polis Şöbəsinə şikayətə gəlmişdir. Binanı tərk etdikdən sonra mobil telefon ilə özünü çəkdiyini vəkilinə göstərəcəyini bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşdıqda çəkilişə icazə olmadığına görə onlardan üzr istəmişdir. Əməlindən peşmandır, göstərilənləri nəzərə alaraq, məhkəmədən cərimə olunmağını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis serjantı X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 06:10 radələrində 1 nömrəli posda xidmətdə olarkən adı ona sonradan məlum olan Şəmkir Rayon Şiştəpə kəndində yaşayan Şəxs Şəmkir rayon Polis Şöbəsinin inzibati binasının qarşısında əlində alkoqol içki və mobil telefonu ilə Şəmkir rayon Polis Şöbəsinin inzibati binasını çəkdiyini görmüşdür. Ona yaxınlaşıb özünü ona təqdim etdib və ondan niyə belə hərəkət etdiyini soruşduqda Şəxs ucadan nalayiq ifadələr işlətməyə başlamış və onu nizam intizama dəvət etsədə Şəxs onun qanuni tələbinə qəsdən tabe olmadığı üçün onu növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis serjantı X2 şahid X6 ilə eyni məzmunda izahat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəmkir rayon Şiştəpə kəndində yaşayan Şəxs Şəmkir Rayon Polis şöbəsinin inzibati binasının qarşısında əlinədə alkaqol içki və mobil telefonu ilə Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasını çəkdiyini görüb ona yaxınlaşıb özünü ona təqdim edib və ondan niyə belə hərəkət etdiyini soruşduqda Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamış onu nizam initazama dəvət etsədə Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün onu Növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 16 may 2023-cü il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokol, şahidlərin izahatı və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasının önündə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ucadan ünvansız nalayiq ifadələr işlətmişdir və bu zaman polis əməkdaşı ona yaxınlaşaraq inztizama dəvət edərək ictimai qaydanı pozmamasını bildirsə də Şəxs həmin vaxt polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 16 may 2023-cü il tarixdən saat 06:00- dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-744/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-744/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver