Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-745/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı МЦЯЙЙЯН ЕТДИM: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir şəhəri, R.Rəhimov küçəsində yol ayrıcını keçmə qaydasını pozmuş, nəticədə **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə maddi zərər vurmuş və xəsarət alan olmamışdır. Hesab edirəm ki, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda və olan əlavə edilmiş sənədlərdə Şəxs Şəmkir şəhəri, R.Rəhimov küçəsində yol ayrıcını keçmə qaydasını pozması, nəticədə **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi zərər vurulması və xəsarət alan olmadığı qeyd olunmuşdur. Halbuki iş materialları ilə xəsarət alan olub-olmaması, həmçinin hadisə nəticəsində Şəxs əməlində cinayət tərkibi olub-olmamasının araşdırılması müəyyən edilmir. Belə ki, iş materiallarına baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıbbaşlanmaması barədə qərar, həmçinin hadisə nəticəsində xəsarət alan olub-olmaması barədə ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Bu hal isə ona dəlalət edir ki, Şəxs əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması, həmçinin hadisə nəticəsində xəsarət alan olub-olmaması mötəbər sübutlarla təsdiq edilməmiş və həmin halı təsdiq edəcək sübutlar, o cümlədən ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Hesab edirəm ki, qeyd olunan sənədlərin əlavə edilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən də, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Щаким Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-745/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-745/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver