Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-748/2024 01.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızı, X1 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokoldan və qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokolun araşdırılması, protocol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 20EJ524 qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə axşam təqribən saat 16:50 radələrində, Bakı-Qazax yolunun 420-ci km-də Şəmkir rayonu Düyərli kəndi ərazisində saatda təqribən 60 km/saat sürətlə hərəkət edərkən, idarə etdiyi nəqliyyat vasitəsini Mersedec-Bens E200 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, başqa bir nəqliyyat vasitəsi ötmə əməliyyat edərək onu keçdi. Sonradan ona məlum oldu ki, həmin nəqliyyat vasitəsini idarə edən Vüsal Quliyev adlı şəxsdir. Belə ki, həmin şəxs, o hərəkətdə olarkən həmin ərazidə “ötmək qadağandır” nişanının vəı yaşayış məntəqələrində icazə verolən maksimal sürət 60km/saat olmasına baxmayaraq, həmin nişanların tələbini pozaraq, yüksək sürətdə onun idarə etdiyi nəqliyyat vasitəsini ötüb keçmiş və ötməni başa çatdırdıqdan dərhal sonra, ara məsafəsi qoymadan ona yaxın məsafədə idarə etdiyi avtomaşınını sağ istiqamətə (onun hərəkətdə olduğu zolağa doğru) çəkərək daha sonra avtomaşınının əyləcini sərt şəkildə anidən işə salmaqla sağdaki yaşayış məntəqəsinə dönmə əməliyyatı etməyə cəh etmişdir. Həmin şəxs bu təhlükəli manevri edərkən və avtomaşınının əyləcini işə salarkən, mənimlə ara məsafəsi olduqca az olduğundan, o idarə etdiyi nəqliyyat vasitəsinin əyləcini işə salmağa fiziki olaraq imkanı yox idi. Bu səbəbdən, o idarə etdiyi avtomaşının ön hissəsi ilə həmin nəqliyyat vasitəsinin arxa hissəsinə çırpıldı. (Qəzadan sonra ərazidə avtomaşınların foto şəkilləri və həmin ərazidə ötmək qadağandır nişanının olmasına dair video görüntülər Şikayətə əlavə olunur). O, məhkəməyə müraciətlə bildirmişdir ki, hadisə onun günahı və iradəsi olmadan baş vermişdir. Çünki, o öz yolu ilə stabil sürətlə hərəkət edərkən, digər nəqliyyat vasitəsinin bu cür təhlükə törətmə manevri edərək aralarındaki kiçik ara məsafəsinin olmasına baxmayaraq, qarşısındaki anidən avtomaşının əyləcini sərt şəkildə işə salaraq öz sürətini kəskin azaldacağını güman etməzdi. Həmin ərazidə müşahidə kamerası var və böyük ehtimal hadisənin baş vermə anı kamera vasitəsilə qeydə alınmışdır. O həmin kamera görüntülərini Yol Polisindən tələb etsə də ona təqdim edilmədi və işin obyektiv həlli baxımından həmin görüntülərin məhkəmə tərəfindən tələb edilməsi və tətqiq olunması olduqca vacibdir. Hadisədən bir qədər sonra, hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş hadisənin günahkarı kimi mənim olmağım qeyd olunmuş və barəsində AR.İXM-nin 327.1-ci maddəsi ilə İX haqqında Protokol tərtib olunacağı ona izah olunmaşdır. Nəticədə telefonuna bildiriş gəlmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə İX haqqında protokola əsasən 40 mant cərimə tətbiq olunmuşdur. O həmin protokol ilə barəsində cərimə tətbiqinə dair inzibati xəta haqqında qərarla razı deyil, hesab edir ki, barəsində tətbiq olunan həmin inzibati məsuliyyətdən və cərimə əsassızdır və ləğv olunmalıdır. Ona görə ki, yuxarıda qeyd etdiyi kimi, hadisənin baş verdiyi ərazidə ötmə manevri etmək qadağandır və həmin ərazi ötmə qadağandır yol nişanının təsir dairəsinə düşür. Yaşayış məntəqələrində icazə verilən maksimal sürət 60 km/saat olmasına baxmayaraq onun idarə etdiyi avtomaşının sürəti 60 km/saat olduğunu nəzərə alsaq ötmə edən avtomaşının sürəti 60 km/saatdan çox idi. Digər nəqliyyat vasitəsinin sürücüsü sonradan adı ona məlum olan Vüsal Quliyev adlı şəxs həmin vaxt qeyd olunan hər iki yol nişanının tələbini kobud şəkildə pozmaqla yanaşı, təhlükəli manevr edərək, onu ötmə əməliyystı etdikdən dərhal sonra, aralarındaki kiçik ara məsafəsini gözləmədən sağdaki yaşayış məntəqəsinə tərəf hərəkət etmək niyyəti ilə anidən avtomaşınının əyləcini sərt şəkildə işə salmaqla sağda yerləşən küçəyə dönmə manevrini təhlükəli şəkildə icra edərkən avtomaşınları toqquşmuşdur. Bir daha qeyd edir ki, bu hadisə anidən olduğundan və ara məsafəsi onun iradəsindən asılı olmayan səbəbdən və digər sürücünün təhlükəli ötmə manevr etməsi və əyləci qəfil sərt işə salması səbəbi ilə ara məsafəsinin çox kiçik olduğundan o hadisənin qarşısını ala bilməzdi. Onu da qeyd edir ki, o hal hazırda AR. Müdafiə Nazirliyinin hərbi qulluqçusu, kapitanıdır. Müharibə veteranıdır və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə medallarla təltif olunmuşdur. Hadisə yerinə gələn Yol Patrul Xidməti Əməkdaşlarına və İX haqqında Protokolu tərtib edən YPX-ti əməkdaşı polis serjantı Rauf Ramazanova onun günahının olmamasını, əməlində inzibati xəta tərkibinin olmamasını bildirərək, müşahidə kamerasına baxıb daha sonra hadisənin səbəb və nəticəsini obyektiv və ədalətli araşdırmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, X2 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində tərtib edildiyini bildirdiyi inzibati xəta haqqında protokolu əlavə etsə də həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə etməmişdir. Bununla da məhkəmə tərəfindən X2 barəsində qəbul edilmiş qərarın İXMnin hansı maddəsi ilə, nə vaxt, harada və hansı orqan tərəfindən tərtib edilməsinin müəyyən edilməsi mümkün olmamışdır. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmədiyindən, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-748/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-748/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver