Məhkəmə qərarları › İş №3(076)-75/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-75/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-75/2024 18.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs 17 yanvar 2024-cü il tarixdə saat 13 radələrində DİN-in 102 xidmətinə zəng edərək polis əməkdaşlarına ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən 17 yanvar 2024cü il tarixdə saat 13 radələrində sərxoş vəziyyətdə DİN-in 102 xidmətinə zəng edərək polis əməkdaşlarına ucadan nalayiq söyüşlər söymüş, bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmiş, həmin gün şöbədə də ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Hazırda əməlindən peşmandır. Xırda xuliqanlığı sərxoş olduğu üçün içkinin təsirindən törətmişdir. Odur ki, izahatında göstərilənlərin nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısıdır. Şəxs 17 yanvar 2024-cü il tarixdə saat 13 radələrində sərxoş vəziyyətdə DİN-in 102 xidmətinə zəng edərək polis əməkdaşlarına ucadan nalayiq söyüşlər söymüş, bu səbəbdən izahatı alınması üçün Şəmkir RPŞ-yə dəvət edilmişdir. Həmin gün saat 15 radələrində xidməti otağında Şəxs izahatı alınan zaman da o, ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadəsini, iş materiallarını araşdıraraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, işdə olan sərxoşluq hallarına dair 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 0,8 pr. sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, DİN-in 102 xidmətinə zəng edərək ucadan nalayiq söyüşlər etməklə cəmiyyətdə bərqərar olunmuş ictimai və əxlaq qaydalarını pozan, ictimai münasibətlərə xələl gətirən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Məhkəmə iclasında Şəxs 17 yanvar 2024-cü il tarixdə saat 13 radələrində DİN-in 102 xidmətinə zəng edərək polis əməkdaşlarına nalayiq söyüşlər söyməsi tam sübuta yetirilir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə– əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Bununla belə işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar