Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-750/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Məsail oğlunun sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası(bundan sonra) İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə bağlı Şəxs barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir və cərimə olunması barədə müvafiq qərar qəqul edilmişdir.tmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2025-ci il tarixli EQ 25575048 saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən Azərbaycan Respublikası İXM-nin 529.3-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmiş, 30 manat dəbbə pulu hesablanmışdır. Bununla belə hazırda cəriməni ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün qərarın icraatına xitam verilməlidir. Belə ki, işdə olan DİN-in DYP WEB “EXPRESSPAY” ödəniş terminal qəbzindən görünür ki, Şəxs barəsində İXM-nin 382.2-ci maddəsi ilə EQ 25575048 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 50 manat məbləğində inzibati cərimə edilmiş, 30 manat dəbbə pulu hesablanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli EQ 25575048 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Şəxs İXM-nin 382.2-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan ödəmə qəbzindən görünür ki, Şəxs EQ 25575048 saylı inzibati xəta haqqında protokol üzrə 80 manat cərimə ödəmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114,115 və 145-ci maddələrini rəhbər rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025ci il tarixli EQ 25575048 saylı inzibati xəta haqqında protokol əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli EQ 25575048 saylı qərarın icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-750/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-750/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver