Məhkəmə qərarları › İş №3(076)-753/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-753/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-753/2023 14.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Şəxs АAzərbaycan Respublikası İXM–nin 327.8–ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir rayon Polis Şöbəsindən daxil olmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 327.8–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 noyabr 2022–ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Kia Forte” markalı 99–SA–491 nömrəli avtomaşınla Şəmkir– Gədəbəy yolunun Qasımalılar kəndindən keçən hissəsində hərəkətdə olarkən manevr etmə qaydasını pozmuş, idarəetməni itirərək avtomaşını ağaca vurmuş, nəticədə avtomaşında sərnişin olan X3 xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X2 və Şəmkir Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs, X3 və Şəmkir RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Şəxs, X1 və Şəmkir RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs ona istinad olunan inzibati xətanı 05 noyabr 2022–ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası İXM–nin 38.1–ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan inzibati xəta hadisəsi 05 noyabr 2022–ci il tarixdə törədilmiş, dolayısı ilə inzibati xətanın törədildiyi gündən hazırki vaxtadək dörd aydan çox müddət keçmişdir. Bundan başqa müəyyən edilmişdir ki, 13 yanvar 2023–cü il tarixli qərarla zərərçəkmiş şəxslərin barışması səbəbindən Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM–nin 327.8–ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti Şəmkir RPŞ–nin İTB–nə göndərilmişdir. Azərbaycan Respublikası İXM–nin 38.3–cü maddəsində göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6–cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38–ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, 13 may 2023–cü il tarixli AP ******* saylı protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İXM–nin 327.8–ci maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına, həmin Məcəllənin 38.1–ci və 38.3–cü maddələrinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, Azərbaycan Respublikası İXM–nin 38.1–ci və 38.3–cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar