Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-754/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayonu, Düyərli Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə Şəmkir rayonu, Düyərli Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir rayonu, Düyərli Bələdiyyəsi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu hərəkətləri ilə Şəmkir rayonu, Düyərli Bələdiyyəsi, Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəmkir rayonu, Düyərli Bələdiyyəsinin inzibati xəta əməlini törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Şəmkir RPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Şəmkir RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir rayonu, Düyərli Bələdiyyəsinin nümayəndəsi X2 ifadəsində göstərdi ki, həqiqətən VAZ 21213 markalı, ** AA *** d.q.n avtomobil bələdiyyənin balansındadır, həmin avtomobil ilə xx.xx.2024-cü il tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 424-cü kilometrliyində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli törədilmişdir. Qeyd edilən nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar bazada olmamış buna görə də, səlahiyyətli orqandan bu barədə bələdiyyəyə sorğu daxil olmuşdur. Lakin, həmin vaxt işçilər üçün nəzərdə tutulmuş nahar fasiləsi ilə əlaqədar olaraq sorğuya baxılmamış daha sonra isə həmin sorğuya baxmaq unudulmuşdur. Odur ki məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəmkir rayonu, Düyərli Bələdiyyəsinin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, VAZ 21213 markalı, ** AA *** d.q.n avtomobil bələdiyyənin balansındadır, həmin avtomobil ilə xx.xx.2024-cü il tarixdə Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 424-cü kilometrliyində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli törədilmişdir. İş materiallarında olan, “DİN-in DYP WEB Portalı”dan çıxarışdan görünür ki, VAZ 21213 markalı, ** AA *** d.q.n avtomobilin sahibinin Şəxs olması qeyd edilmişdir. İşdə olan, “DİN-in DYP WEB Portalı”dan çıxarışdan görünür ki, səlahiyyətli orqan tərəfindən Şəmkir rayonu, Düyərli Bələdiyyəsinə inzibati xətanın törədilməsi zamanı VAZ 21213 markalı, ** AA *** d.q.n nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları 5 gün müddətində verilməsi xahiş edilmiş və əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbiri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəmkir rayonu, Düyərli Bələdiyyəsinin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxsnə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-754/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-754/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver