Məhkəmə qərarları › İş №3(076)-756/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-756/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-756/2025 07.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X12 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, zərərçəkmiş səxs Zərərçəkmiş şəxs və nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, Şəmkir rayonu, Krazyolu massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gədəbəy rayon Məkkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs tələbi təmin etmir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 2951 manan miqdarında tələb üzrə yalnız 800 manat ödədiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(076)-583/2025 saylı qərarı ilə Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Hazırda borc cəmi 2151 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır və bununla bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında təkrarən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, indiyədək borcundan 800 manat ödəmişdir. Maddi vəziyyəti ağır olduğundan və rəsmi olaraq heç yerdə işləmədiyindən ümumi borcu birdəfəyə ödəməyə imkanı çatmır. Hər ay 100-150 manat borcundan ödəmə imkanının olduğunu, lakin tələbkar bu təklifi ilə razı olmayaraq borcu tam olaraq birdəfəyə ödəməyi tələb edir. Bu barədə icra məmuruna bildirmişdir. Onun himayəsində bir azyaşlı 08 noyabr 2019-cu il təvəllüdlü X6 vardır, uşağı tək böyüdür, uşaq rəsmi nigahdan kənar doğulubdur. Özü istilikxanada günü 17 manata günəmuzd fəhlə işləyir. Ayda bu yolla qazandığı 510 manatdan 150 manatını hər ay tələbkara yenədə ödəməyə hazırdır. Məhkəmə iclasında Vəkil bildirdi ki, borclunun ağır maddi və ağır ailə vəziyyəti mövcuddur. Borclunun himayəsində azyaşlı uşaq var. Borclu günəmuzd 17 manata işləməklə yalnız özünün və uşağının ehtiyaclarını təmin edə bilir. Tələbkarla razılığa gələrək ümumi borcundan hər ay 100-150 manat ödəməyə hazırdır. Onun hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkibi son iki ayda birinci dəfə məhkəmə qərarı ilə xitam edilmiş eyni maddə ilə tərtib edilmiş protokoldan sonra yaranmayıbdır və icra məmuru tərəfindən hər hansı üzrsüz səbəb göstərilmədiyindən xx.xx.2025-ci il tarixli inzibati protokol əsasız tərtib edildikdən xitam edilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X3 izahatında bildirdi ki, borcluya heçbir güzəştə getmək istəmir. Pulunun cəmisini istəyir. Pula ehtiyacı var, borclu yalan ifadə verir, borclunun mülkiyyətində mal-qara, Kraz yolu massivində yerləşən evi, evin yaxınlığında 2 torpaq sahəsi, evində çörək bişirmək üçün nəzərdə tutulmuş kürsüdən istifadə edərək cörək bişirib sataraq əlavə gəliri vardır. Mübahisə predmeti olan maşın hal-hazıradək satılmayıb və cavabdehin sərəncamındadır. Başqa şəxsin adına keçirtməklə gizlədir və Kraz yolu massivində yerləşən “Aydan market”-in yaxınlığında saxlayır. 2151 manat miqdarında olan ümümi borcun Şəxs alınaraq ona verilməsini məhkəmədən xahiş edir və borc ödənilmədiyindən onu cəzalandırılmasını məhkəmədən xahiş edir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-603/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2900 manat məbləğində pul və 51 manat ödənilmiş dövlət rüsumunun əvəzi,ümumilikdə 2951(iki min doqquz yüz əlli bir)manat pul vəsaiti alınıb iddiaçı Zərərçəkmiş şəxs qaytarılsın. İş materiallarından görünür ki,Şəmkir Rayon Məhkəməsinin 3(076)-583/2025 saylı,xx.xx.2025-ci il tarixli qərarı ilə işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra edilməməsi halı müəyyən edimədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu borcundan 800 manat məbləğində ödəmə etməyə hazırdır, həmçinin söz verərək borcunu müəyyən müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bu səbədən məhkəmə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə tərkib olmadığından icraata xitam verilmişdir. Şəmkir İcra və probasiua şöbəsimdə tərtib edilmiş 06 avqust 2025-ci il tarixli MN №2321380 nömrəli protokoldan görünür ki, Gədəbəy Rayon məhkəməsinin 2(042)- 603/2024 sayılı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu tələbi təmin etmir. Borc cəmi 2151 manat təşkil edir. Şəmkir rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 fevral 2020-ci il tarixli AZE № 049335 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 08 noyabr 2019-cu ildə Şəmkir şəhərində anadan olmuşdur. X1, anası Şəxs qeyd edilmişdir. Məhkəmə, iş materiallarına, proses iştirakçılarının verdiyi məlumatlara və izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Şəxs ümümi borcundan hər ay davamlı olaraq ödənişlər etməyə hazır olduğunu, lakin tələbkar onunla razılaşmaq istəmədiyini bildirir. İcra məmuru tərəfindən üzrsüz səbəbdən icra etməməsi barədə hər hansı bir sübüt məhkəməyə təqdim edilməmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməmiş, borc cəmi 2151 manat təşkil edir. İXM-nin 528.1-ci maddəsinin yələbimə əsasən icra sənədindəki tələbin üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs qeyd edilən icra sənədini icra etməsi onun imkanları daxilində deyil və onun hərəkətlərində məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlər müəyyən edilməmişdir, bu səbəbdən məhkəmə onun əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqdan başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar