Məhkəmə qərarları › İş №3(076)-758/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-758/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-758/2023 22.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəcəfov Şəxs oğlunun iştirakları ilə, xx.xx.1978-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, evli, 193 nömrəli Hərbi Hissədə fotoqraf işləyən, Şəmkir şəhəri, M.F.Axundov küçəsi-23 ünvanında qeydiyyatda olan və Şəmkir şəhəri, Posanlı yaşayış massivi, Ə.Vahid küçəsində yaşayan Nəcəfov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Nəcəfov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 22 may 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Nəcəfov Şəxs Bakı şəhər Xətai rayon Мəhkəməsinin 2(011)-318/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 3260 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəcəfov Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhər Xətai rayon Мəhkəməsinin 2(011)-318/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində tərəflərin birgə nikahından olmuş xx.xx.2013-cü il təvəllüdlü Nəcəfov Kənan Şəxs oğlunun anası X2 yanında saxlanılması, hazırki qətnamənin qanuni qüvvəsini aldığı xx.xx.2017-ci il tarixdən başlayaraq Nəcəfov Şəxs xx.xx.2013-cü il təvəllüdlü Nəcəfov Kənan Şəxs oğlunun 18 yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, cavabdeh Nəcəfov Şəxs 30 manat dövlət rüsumunun dövlət nəfinə tutulması göstərilmişdir. Borclu Nəcəfov Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina edərək aliment borcunu tələbkara ödəməmişdir. Borclu Şəxs Nəcəfov aliment borcunu ödəyəcəyinə vəd vermiş, lakin borcu ödəməyərək İcra Şöbəsinə gəlməkdən imtina etmişdir. Buna görə 15 noyabr 2022-ci il tarixli qərarla Şəxs Nəcəfovun barəsində axtarış elan etmişdir. Daha sonra Şəxs Nəcəfov axtarış əsasında polis tərəfindən İcra Şöbəsinə gətirilmişdir. Оna görə də Nəcəfov Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Şəxs Nəcəfovun hazırda 3260 manat aliment borcu yığılmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nəcəfov Şəxs verdiyi izahatında göstərmişdir ki, o, aliment borcunun olduğundan məlumatlıdır. Borcunu ödəməkdən imtina etmir, lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. O, 4 aya yaxındır ki, işləyir, işlədiyi vaxtdan ödəniş etməmişdir, lakin aliment borcunun əmək haqqına yönəldilməsinə razıdır. Özü hazırda ailə qurmuşdur və öz ailəsinin tələbatını çətinliklə ödəyir. Tələbkar ona uşağı ilə görüşməsinə icazə verməmiş, hətta zəng vurmuş, telefonla da danışmasına icazə verməmişdir. Hazırda borcundan ödəniş edə bilmir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq borclu Nəcəfov Şəxs borcunu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Nəcəfov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün və icra məmurunun izahatları, tələbkarın məhkəməyə ünvanladığı teleqramla yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon Мəhkəməsinin 2(011)-318/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhər Xətai rayon Мəhkəməsinin 2(011)-318/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində tərəflərin birgə nikahından olmuş xx.xx.2013-cü il təvəllüdlü Nəcəfov Kənan Şəxs oğlunun anası X2 yanında saxlanılması, hazırki qətnamənin qanuni qüvvəsini aldığı xx.xx.2017-ci il tarixdən başlayaraq Nəcəfov Şəxs xx.xx.2013-cü il təvəllüdlü Nəcəfov Kənan Şəxs oğlunun 18 yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, cavabdeh Nəcəfov Şəxs 30 manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhər Xətai rayon Мəhkəməsinin 2(011)-318/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhər Xətai rayon Мəhkəməsinin 2(011)-318/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Nəcəfov Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Nəcəfov Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, tələbkarın məhkəməyə ünvanladığı teleqram, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Nəcəfov Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədinin icrasına səhlənkar yanaşılmış və icra sənədi üzrə aliment borcu ödənilməmişdir. Məhkəmə Nəcəfov Şəxs aliment borcunu maddi imkanı olmadığı üçün ödəməməsi kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. Hətta borclu Şəxs Nəcəfov izahatında 4 aydır ki, işlədiyini qeyd etsə də bu müddətdə borcundan heç bir ödəniş etməmiş, bundan əlavə aliment borcunun əmək haqqına yönəldilməsini qeyd etsə də, tələbkarın ünvanladığı teleqramda hissə-hissə ödənişə razılığı olmadığı, borcu tam şəkildə tələb etdiyi müəyyən edilmişdir. Bununla da, Nəcəfov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Nəcəfov Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Nəcəfov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Nəcəfov Şəxs həbsə alınmasının əvvəli 22 may 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar