Məhkəmə qərarları › İş №3(076)-760/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-760/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-760/2023 13.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin inzibati tənbeh tətbiq etmə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X4 ərizə il Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, barəsində qanunsuz olaraq yaradılmış məhdudiyyətin, yəni sürücülük vəsiqəsinin dəyişdirilməsinə mane olan Şəmkir Rayon Polis X6 Polisi bölməsinin müvafiq protokol və ya qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X3 qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, X2 mübahisələndirdiyi qərar xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Ərizənin məzmununda X4 qərarın ona rəsmi qaydada çatdırılmadığını bildirsə də, hazırkı şikayətə sözügedən qərarı əlavə etmiş, həmin qərarı hansı tarixdə əldə etməsinə dair sübutu ərizəyə əlavə etməmiş, ərizə isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, o, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Ona görə də məhkəmə hesab edir ki, X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X1 orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ) buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəmkir Rayon Polis X6 Polisi bölməsinin müvafiq protokol və ya qərarından X4 tərəfindən verilmiş ərizəyə baxılmasından imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar