Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-760/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kamaləddin qızı, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 19389787 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 19389789 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 19389790 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: DİN-nin BDYP-nin xx.xx.2024-cü il tarixli EQ 19389787 nömrəli, xx.xx.2024-cü il tarixli 19389789 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 19389790 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarları əsasında X2 barəsində verilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi baradə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Şikayət verilmiş qərar 10 fevral 2024-cü il tarixdə qəbul olunsa da X1 qərarın qəbul edildiyi vaxtdan beş aydan artıq vaxt keçdikdən sonra, 02 iyul 2024-cü il tarixdə həmin qərardan şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə izah edir ki, şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 20 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Şikayətçi qərarın surətinin ona gec verilməsini təsdiq edən sənəd təqdim etməklə məhkəməyə yenidən müraciət edə bilər, yaxud şikayət verilməsi üçün müddət üzrlü səbəbdən ötürüldüyü halda həmin üzrlü səbəblərin olmasını təsdiq edən sənədləri əlavə etməklə buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 19389787 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 19389789 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 19389790 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-760/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-760/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver