Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-761/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası FHN DYNX Gəncə Regional X3 İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası FHN DYNX Gəncə Regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası FHN DYNX Gəncə Regional X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən istilikxanada xx.xx.2023-cü il tarixdə planlı YTM zamanı istilikxananın sahibi tərəfindən müayinə keçirilməsinə şərait yaradılmamış və lazımi sənədlər təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası FHN DYNX Gəncə Regional X3 İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yerləşən Şəxs məxsus istilikxanada yanğın-texniki müayinənin aparılması haqqında 2387 nömrəli qərar qəbul edilmiş, müayinənin müddəti xx.xx.2023-xx.xx.2023-cü il tarixə müəyyən edilərək, bu barədə istilikxananın sahibi Şəxs bildiriş göndərilmişdir. Bundan sonra xx.xx.2023-ci il tarixdə istilikxanaya planlı yanğın-texniki müayinənin keçirilməsi üçün həmin ərazidə olmuşlar. Həmin vaxt istilikxananın sahibi Şəxs özü orada olmamış, sonuncunun oğlu orada olduğundan qanunun tələbi ona izah edilmiş, lakin onlara yoxlama prosesinə aid sənədlərin təqdim edilməsinə və yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən FHN-nin X3 Xidməti Gəncə regional X3 İdarəsinin əməkdaşları tərəfindən planlı yanğın-texniki müayinənin keçirilməsi mümkün olmamışdır. Hesab edir ki, Şəxs bildiriş göndərilməsinə və yanğın-texniki müayinənin aparılması haqqında məlumat verilməsinə baxmayaraq, o, qərəzli şəkildə YTM-nin keçirilməsinə şərait yaratmamışdır. Hazırda protokolun dəlillərini müdafiə edərək, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun Şəmkir rayonu, Düyərli kəndində istilikxanası vardır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsinin əməkdaşları istilikxanaya gələrək, yanğın-texniki müayinə keçirilməli olduqlarını bildirmişlər. Həmin vaxt o, istilikxanada olmamış və qeyd olunan idarənin əməkdaşları istilikxanada olan oğlu ilə söhbət etmişlər. Halbuki, istilikxanaya yanğın-texniki müayinənin aparılması barədə ona hər hansı rəsmi məlumat verilməmiş, lakin heç bir əsas olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, istilikxanaya yanğın-texniki müayinənin aparılması barədə ona hər hansı rəsmi məlumat verilməmiş, habelə FHN-nin X3 Xidməti Gəncə regional X3 İdarəsinin əməkdaşları tərəfindən istilikxanada planlı yanğın texniki müayinənin keçirilməsinə heç bir mane yaradılmamışdır. Hesab edir ki, barəsində əsassız yerə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda protokolun dəlillərini qəbul etmir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 2387 saylı “yanğın-texniki müayinənin aparılması haqqında” qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Şəxs məxsus olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən istilikxanada xx.xx.2023-xx.xx.2023-cü il tarixdə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 2387 saylı yanğın-texniki müayinə aktından görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən istilikxanada yoxlama prosesinə aid sənədlərin təqdim edilməsinə və yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qeyd edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yerləşən istilikxanada planlı yanğın-texniki müayinənin keçirilməsinə qəsdən və qərəzli olaraq mane olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yerləşən istilikxanada yanğın-texniki müayinənin aparılması haqqında 2387 nömrəli qərar qəbul edilərək, müayinənin müddəti xx.xx.2023-xx.xx.2023-cü il tarixə müəyyən edilsə də, iş materiallarında yanğın-texniki müayinənin keçirilməsi haqqında Şəxs hər hansı bildirişin ünvanlanması və ya rəsmi məlumatın verilməsi barədə sənəd aşkar edilməmişdir. Göründüyü kimi Şəxs yanğın-texniki müayinənin keçirilməsi haqqında bildirişin ünvanlanması, həmin şəxs tərəfindən bildirişin alınması, dolayısı ilə onun xx.xx.2023-cü il tarixdə istilikxanada yanğın-texniki müayinənin aparılması barədə məlumatının olması, bununla da qərəzli şəkildə müayinənin aparılmasına maneçilik yaratması müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Bundan başqa yanğın-texniki müayinənin keçirilməsi zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında göstərilən tələblərin də yerinə yetirilməsi müəyyən edilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Hazırki vəziyyətdə isə yoxlayıcının qanunun qeyd olunan normasında göstərilən tələbləri yerinə yetirməsi müəyyən olunmamışdır. Bundan başqa məhkəməyə inzibati xəta haqqında hər hansı videogörüntü təqdim edilməmişdir. Bu hal isə bir daha ona dəlalət edir ki, Şəxs tərəfindən istilikxanada yanğıntexniki müayinənin aparılmasına hər hansı maneçilik törədilməməsi müəyyən edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, FHN-nin X3 Xidməti Gəncə regional X3 İdarəsi inzibati xətanın baş verməsini təsdiq edəcək və mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 602.4-cü maddəsindən görünür ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olması nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin tərkibinin yaranması üçün qanun normasında göstərilən inzibati xəta hadisəsi törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs istilikxanada planlı yanğın-texniki müayinənin keçirilməsinə mane olması iş materialları ilə istisna olunur və belə olan halda əməldə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-761/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-761/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver