Məhkəmə qərarları › İş №3(076)-763/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-763/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-763/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızı, X1 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair BDYP-nin protokol EQ 21957455 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və həmin qərardan irəli gələn təbiq olunan cərimənin hesabından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.. X2 şikayətini onunla əsaslandırmışdır ki, avtomobili ilə Mingəçevir-Bərdə Ağcabədi yolu ilə Bərdə rayonunun girişində Yol polisi İdarəsinin postuna çatarkən saat 11:30 radələrində, baxmayaraq SSRİ-qından üzü bəri heç bir qatar hərəkəti olmayan dəmir yol xəttinə çatanda STOP işarəsinin tələbinə uyğun olaraq dayanıb gözləmiş və qatarın gəlişi olmadığından dəmir yolunu keçmiş və 3-4 metr məsafədə yenidən artıq Yevlax-Bərdə yolunun girişində yenidən STOP işarəsinin tələbinə riayət etmiş və sol yol zolağından yəni Yevlax rayon tərəfindən avtomobil gəlmədiyindən əmin olduqdan sonra əsas yola daxil olmuşdur. Cəmi 5-10 metrlikdə DYP- idarəsinin postunda Yol polisi onun maşınını sağa verib saxlamağını tələb etdi. O tələbi həmin an yerinə yetirmiş və ani olaraq avtomobilindən düşərək yol polisi nəfərinə hərəkət etmişdir. Yol polisi nəfəri ona yaxınlaşmış və özünü təqdim etmədən əli ilə salam vermişdir. Ona qayda pozuntusu etdiyini bildirib. O öz növbəsində bütün yol işarə tələblərinə riayət etdiyini və heç bir qayda pozmadığını bildirib. Yol polis nəfəri qatar xəttində STOP işarəsinə əməl etmədiyini bildirib. O öz növbəsində yolundan etməməyi, yas yerinə getdiyini heç bir qayda pozmadığını, BDYP-nin SMS RADAR proqramına üzv olduğunu, qaydanı pozduğu an ona sms gəlmədiyini bildirmişdir. Yol polisi isə ona cərimə göndərəcəyini deyib uzaqlaşmışdır. SMS isə 7 saat sonra gəlmiş vənədənsə Video görüntülü göndərilməmişdir. Çünki video görüntüdə onun dayan durma və yol nişanının tələbinə riayət etdiyi aydın görünəcəkdir. Yalnız şəkil göndərilmiş və onun hərəkətdə olmağı və ya dayanmağı heç cür təyin edilə bilməz. Ona görə də qərar qərəzlidir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, X2 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində tərtib edildiyini bildirdiyi inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə etməmişdir. Bununla da məhkəmə tərəfindən X2 barəsində tərtib edilmiş protokolun və onun əsasında qəbul edilmiş qərarın İXM-nin hansı maddəsi ilə, nə vaxt, harada və hansı orqan tərəfindən tərtib edilməsinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayətə qərar əlavə edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar