Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-77/2023 25.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədliyi, X1 iclas katibliyi ilə, Şəxs ASC–nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinə Şəxs ASC–nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixli, EP ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "X4" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2022ci il tarixli, 6-1.26-2-2022-17189 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Şəxs ASC–nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən X3 izahatında bildirdi ki, Şəxs ASC–nin idarə heyətinin sədri vəzifəsini icrası 2003-cü ildən ona həvalə edilmişdir. Ərizəsinə əsasən 14 saylı Ərazi Vergilər İdarəsində 2017-ci ildən Şəxs ASC-nin fəaliyyəti xx.xx.2022-ci il tarixədək dayandırıldığından və heç bir fəaliyyət göstərmədiyindən, 2021-ci illə bağlı illik hesabatı verməyə lüzüm bilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Banka inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında işə Mərkəzi Bankın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin protokol Şəxs ASC–nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1–ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan xx.xx.2003-cü il tarixli əmrdin surətindən görünür ki, X2 xx.xx.2003-cü il tarixdən səhmdarların birinci ümumi yığıncağı çağırılanadək Şəxs açıq səhmdar cəmiyyətinin idarə heyətinin sədri vəzifəsinin icrası həvalə edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli əmrdin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdən səhmdarların birinci ümumi yığıncağı çağırılanadək Şəxs açıq səhmdar cəmiyyətinin idarə heyətinin sədri vəzifəsinin icrası həvalə edilmişdir. İşmateriallarına əlavə edilmiş Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022- 17189 saylı məktubdan və poçt xəbərnaməsindən görünür ki, Mərkəzi Bank "X4" Açıq Səhmdar Cəmiyyətinə tələbnamə göndərərək, emitentlərinin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və oun yoxlanılması üzrə auditor rəyini 7 gün müddətində Mərkəzi Banka təqdim edilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Qeyd edilən məktub "X4" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə şəxsən qəbul edilmişdir. Protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1–ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından Açıq Səhmdar Cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 99-cu maddəsidir. Belə ki, həmin maddəyə əsasən Açıq Səhmdar Cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Maddənin məzmunundan göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması Açıq Səhmdar Cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə müəyyənləşdirilmişdir. Belə ki, həmin qərara əsasən işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri isə 200.000 manatdan az olan sahibkarlıq subyekti “mikro sahibkar”, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri isə 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti “kiçik sahibkar”, işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3.000.000 manatdan 30.000.000 manatadək olan sahibkarlıq subyekti “orta sahibkar” və işçilərinin orta siyahı sayı 251 nəfər və ondan artıq olan, illik gəliri isə 30.000.000 manatdan artıq olan sahibkarlıq subyekti “iri sahibkar” hesab olunur. Protokolun tərtib edilməsinə əsas olmuş Mərkəzi Bankın "X4" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17189 saylı məktubunda göstərilmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Qanunun 83.0.9-cu maddəsinə əsasən 2021-ci ilə dair emitentin illik hesabatı 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməyiniz tələb olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilərsiniz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019–cu il tarixli məktubdan görünür ki, Şəxs ASC–nin fəaliyyəti xx.xx.2017–ci il tarixdən xx.xx.2022–ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınması bildirilmişdir. Məhkəmə, qanununvericiliyin yuxarıda göstərilən normalarına və Mərkəzi Bankın "X4" ASC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17189 saylı məktubuna əsaslanaraq qeyd edir ki, Açıq Səhmdar Cəmiyyətlərə münasibətdə yalnız orta və iri sahibkarlıq subyekti hesab olunan hüquqi şəxslərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyinin verilməməsinə görə Azərbaycan Respublikası İXM-in 548.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Mikro və kiçik sahibkarlıq subyekti hesab olunan ASC-lər isə İXM-in 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab olunmur. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan görünür ki, səlahiyyətli orqan, "X4" ASC barəsində inzibati xəta haqqında icraat başlayarkən onun sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti hesab olunmasını və vergi orqanı tərəfindən fəaliyyətinin xx.xx.2017– ci il tarixdən xx.xx.2022–ci il tarixədək dayandırılmasını müəyyən etməmiş, bunu təsdiq edən hər hansı sənədi materiala əlavə etməmişdir. Bu vəziyyətdə barəsində icraat aparılan hüquqi şəxsin İXM-in 548.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti olub-olmamasını müəyyən etmək mümkün deyil. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında material natamamdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarına əlavə edilmiş, "X4" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 6- 1.26-2-2022-17189 saylı məktubda hüquqi şəxsin barəsində inzibati məsuliyyətə cəlb oluna biləcəyi qeyd olunsa da, inzibati protokolun tərtib edilməsi ilə bağlı hüququ şəxsə məlumat verilməmişdir. Hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək (İXM-nin 100.1.7-ci maddəsi), işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır (İXMnin 61-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuş, inzibati xəta haqqında material məhkəməyə natamam təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: "X4" ASC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Banka geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-77/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-77/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver