Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-77/2024 06.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Prokolda göstərilmişdir ki, Şəxs Şəmkir rayonu, Seyfəli kəndində Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı avtomobili zədələyərək 850 manat məbləğində qəsdən maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İХМ-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X3 bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs məxsus VAZ-2107 markalı markalı avtomobili zədələyərək 850 manat maddi ziyan vurduğundan Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə təhqiqatçı araşdırma aparmış qərar qəbul etmiş və onun əsasında tərəfindən protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs təhqiqatda araşdırma aparılarkən və tərəfindən protokol tərtib ediləndə də özünü təqsirli bilməmişdir. O protokolu təhqiqatçının qərarı əsasında tərtib etmiş, inzibati icraat qaydasında heç bir araşdırma aparmamış, təhqiqatçının təqdim etdiyi materialla kifayətlənmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, O, əmisi X6 rayonu Yeni Həyat kəndində yerləşən istilikxanada şərik işləyir. Aləmzar təxminən 5 ay olar ki, onlara məxsus Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən istilikxanada işləmişdir. O zərərçəkmiş şəxsi parnikdə işləyən Aləmzar xanıma görə tanımışdır. Belə ki, zərərçəkmiş şəxs Aləmzar parnikdə işləyən zaman bir neçə dəfə onun yanına gəlmiş, o da həmin vaxt onu görmüşdür. O Aləmzarı sadəcə işə görə evinə aparıb-gətirmişdir. O, Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı avtomobilinə heç bir zədə vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o əvvəllər Gözəlova Aləmzərlə faktiki olaraq evli olmuş. Lakin rəsmi nikahları olmamışdır. O Aləmzarla uzun müddət bir yerdə yaşamış, onu özü ilə birgə Rusiyaya aparmış, lakin Aləmzar ona xəyanət etdiyi üçün o onunla ayrılmışdır. Daha sonra o başqa bir xanımla tanış olmuş və onunla birgə yaşamış və kirayə ev tutmuşdur. Aləmzar onunla barışmaq istəsədə o barışmamışdır. Aləmzər ona xx.xx.2023-cü il tarixdə uşaqlar günü münasibəti ilə uşaqları Gəncəyə gəzdirmək üçün aparmaq istədiyini və onun onları aparmasını istəmişdir. O bununla razılaşaraq, onları Gəncəyə gəzmək üçün aparmışdır. Gəncədən Aləmzarın yaşadığı Şəmkir rayon Yuxarı Seyfəli kəndinə təxminən saat 22-23 radələrində qayıtmışlar. Gəncədən gəldikdən sonra Aləmzar ona onlara gəlməsini istəmiş və maşını anası görməməsi üçün təxminən 200 metr məsafədə yola yaxın saxlamasını istəmişdir. O da Aləmzarla razılaşmış və maşını təxminən 200 metr məsafədə yola yaxın saxlamışdır. O, Aləmzargildə çay içmiş və söhbət etmiş, Aləmzar gecə onlarda qalmağını və səhər gedəndə onu da işə aparmağını istədi. O bununla razılaşaraq gecəni Aləmzargildə qalmışdır. O, Aləmzərla birlikdə xx.xx.2023-cü il tarixdə saat təxminən səhər 05 radələrində evdən çıxmışlar ki, Aləmzarı idarə etdiyi avtomobillə işlədiyi istilikxanaya aparsın. Onlar avtomobilə yaxınlaşan vaxt avtomobili yararsız hala salındığı görmüşlər. Belə ki, onun idarə etdiyi avtomobilin ön və arxa şüşəsi, faraları sındırılmış, avtomobilin kapot və baqaj hissəsii əzilmişdir. O avtomobilinə dəymiş zərəri qiymətləndirdikdə mənum oldu ki, ona 810 manat maddi ziyan dəymişdir. Buna görə də o bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, ertəsi günü isə avtomobili təmirə aparmışdır. Onun həmin kənddə heç kimlə ədavəti və ya düşmənçiliyi yoxdur. Avtomobilinin yararsız hala salınmasında Aləmzarın ondan xəbərsiz münasibətdə olan Azər adlı şəxsdən şübhələnir, avtomobili də Azər yararsız hala salmışdır. Əlavə olaraq bildirdi ki, o avtomobilini kimin zədələdiyini görməmişdir. Azərin gecə saat 01 radələrində oradan keçməsini Vəli görüb. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, törədilmiş əməl işin faktiki halları ilə öz təsdiqini tapmadığından, əmələ düzgün hüquqi qiymət verilməsi üçün işin faktiki hallarını müəyyən edən heç bir sübut əlavə edilmədiyindən, protokol düzgün tərtib edilmədən və materiallar natamam olduğundan, əməlin törədilmə vaxtı və zədələnmiş avtomobilin fərdi əlamətləri (ban nömrəsi və dövlət qeydiyyat nömrəsi) protokolda göstərilmədiyindən, barəsində inzibati protokol tərtib edilmiş şəxsin təqsirli olmasını təsdiq edən heç bir sübut əlavə edilmədiyi üçün məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin inzibati material nəzərdən keçirilərkən müəyyən olundu ki, Şəmkir rayonu, Seyfəli kəndində Zərərçəkmiş şəxs məxsus olan VAZ 2107 markalı avtomobilə ziyan vurulmasına dair edilmiş hərəkət və vurulmuş zərərin nədən ibarət olması müəyyən edilməməklə yanaşı, zərər məbləğinin necə müəyyən edilməsinə dair məhkəməyə təqdim edilmiş materialda münasibət bildirilməmiş, protokol tərtib etmiş şəxs məhkəmə iclasında inzibati icraat çərkivəsində heç bir araşdırma aparmadığını, təhqiqatçının təqdim etdiyi materialla kifayətləndiyini bilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şəmkir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-77/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-77/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver