Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-771/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 barəsində Şəmkir Rayon Polis Şöbəsinin DYP-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X1 Rayon Polis Şöbəsinin DYP-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək, Şəmkir RPŞ-nin DYP-nin polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddələri ilə 200 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməklə X9 iş üzrə icraata xitam verilməklə və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddələrinin tərkibi olmadığından 200 manat (hazırda 300 manat dəbbə pulu ilə) cərimə məbləğinin silinməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X6 məhkəmə iclasında şikayəti müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:52 radələrində BC105987 kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21144” markalı 90RM166 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəmkir rayonu, Seyfəli kənd avtomobili yolunda hərəkətdə olarkən, Şəmkir rayon Polis Şöbəsinin DYP-nin əməkdaşları onu saxladaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasını bildirmişlər. Adı sonradan ona məlum olan Şəmkir rayon Yol patrul xidməti inspektoru polis serjantı X5 özünü təqdim edərək, ondan sürücülük vəsiqəsini istəmiş, o özünə məxsus sürücülük vəsiqəsini təqdim etmişdir. Bundan sonra ona BORT-kamerada sürücülük hüququnun məhdudlaşdırıldığı bildirilmişdir. O, Şəmkir rayon Yol patrul xidməti inspektoru polis serjantı X4 Gəncə şəhər Nizami rayon Məhkəməsinin (hakim Gündüz Şirinov) xx.xx.2022-ci il tarixli 3(044)- 179/2022 nömrəli qərarını təqdim edərək barəsində olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli inzibati tətbiq etmə barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrin idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırma qərarına xitam verildiyini bildirmişdir. Lakin, buna baxmayaraq Şəmkir rayon Yol patrul xidməti inspektoru polis serjantı X5 və tanımadığı YPX-nin inspektoru idarə etdiyi “VAZ-21144” markalı 90RM166 dövlət qeydiyyat nişanlı minik avtomobilini Şəmkir rayon Polis Şöbəsinin həyətində yerləşən cərimə meydançasında saxlamışlar. Bundan sonra o, cərimə pulu ödədikdən sonra avtomobilini buraxmışlar, lakin həmin vaxt Şəmkir rayon Yol patrul xidməti inspektoru polis serjantı X5 və tanımadığı YPX-nin inspektoru tərəfindən heç bir protokol tərtib edilməmişdir. Bu yaxınlarda bilmişdir ki, Şəmkir rayon Yol patrul xidməti inspektoru polis serjantı X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddələri ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X9 Protokol tərtib etmiş, (protokol tam şəkildə doldurulmamış), həmin protokol əsasında Şəmkir rayon polis mayoru X2 tərəfindən isə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddələri ilə 200 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şəmkir rayon Yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.ci və 332.3.-cü maddələri ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X9 protokol (protokol tam şəkildə doldurulmamış) və həmin protokol əsasında Şəmkir rayon polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddələri ilə 200 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarın surəti xx.xx.2023-cü il tarixdə ona verilmişdir. Şəmkir rayon polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddəsi ilə 200 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarında qeyd edilmişdir ki, qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və zərərçəkmiş şəxsə verilir. Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qeyd etdiklərindən göründüyü kimi, Şəmkir rayon polis mayoru (vəzifəsi göstərilməyib) X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddələri ilə 200 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə aşağıdakı hallarda inzibatı xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda. Həmin Məcəllənin 38.1.-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəllənin 38.1, 53.1.6, 126-136cı maddələrinə müvafiq olaraq, inzibati xətalar haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət vermişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş vəzifəli şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, X6 xx.xx.2022-ci il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.3.-cü maddələri ilə İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında isə Şəmkir RPŞ-nin DYP-nin polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-cü və 332.3.-cü maddələri ilə 200 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. X6 barəsində olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı xx.xx.2023-cü il tarixdə əldə etdiyini göstərmiş olsa da, qərarı həmin tarixdə almasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq Qərara aldı: X3 Şəmkir RPŞ-nin DYP-nin polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.-cü maddələri ilə 200 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməklə X9 iş üzrə icraata xitam verilməklə və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci və 332.3.cü maddələrinin tərkibi olmadığından 200 manat (hazırda 300 manat dəbbə pulu ilə) cərimə məbləğinin silinməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-771/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-771/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver