Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-772/2023 25.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi: X3 Tələbkar: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Seyfəli kəndində yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs, Şəmkir rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(076)-1469/2012 saylı icra sənədi üzrə yaranmış 4.889,17 ABŞ dolları məbləğində borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs və qeyrisindən 13.000 ABŞ dolları məbləğində pulun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hətta borclu Аzərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Hazırda Şəxs 4.889,17 ABŞ dolları borcu vardır. İcra hərəkətləri zamanı borclunun tələbin yönəldilə biləcəyi hər hansı əmlakı aşkar olunmamışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, borclu ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə borclu borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Belə ki, Şəxs ona olan borcundan 2022-ci ilin dekabr ayında 5.000 manat, 2023-cü ilin fevral ayında 800 manat, mart, aprel və may aylarında isə hər ay 300 manat olmaqla ödəmiş, qalan borcu ödəməkdən isə boyun qaçırmışdır. Borclu ona olan borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ondan və qeyrisindən 13.000 ABŞ dolları məbləğində pulun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Belə ki, onun hər hansı qazancı və ya əmlakı yoxdur. Tələbkara olan borcunu birdəfəyə ödəmək onun üçün olduqdca ağır və çətindir. Bununla belə 2022-ci ilin dekabr ayında 5.000 manat, 2023-cü ilin fevral ayında 800 manat, mart, aprel və may aylarında isə hər ay 300 manat olmaqla, tələbkara olan borcundan mütəmadi ödənişlər etmişdir. Hazırda borcunu ödəməkdən boyun qaçırmır və qalan borcunu da qısa zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs və X5 13.000 ABŞ dolları məbləğində pulun alınıb iddiaçı X2 qət edilmişdir. İşdə olan şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Şəxs adına hər hansı əmlak yoxdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcundan 2022-ci ilin dekabr ayında 5.000 manat, 2023-cü ilin fevral ayında 800 manat, mart, aprel və may aylarında isə hər ay 300 manat olmaqla, tələbkara olan borcundan mütəmadi ödənişlər etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, borclunun adına hər hansı əmlak mövcud deyildir. Bu halı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi də məhkəmə iclası zamanı etiraf etmiş və borclunun tələbin yönəldilə biləcəyi hər hansı əmlakının aşkar olunmadığını bildirmişdir. Bununla belə borclu davamlı şəkildə tələbkara olan borcundan hissə-hissə ödənişlər etmiş və icra sənədinin icrasından qərəzli şəkildə yayınmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-772/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-772/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver