Məhkəmə qərarları › İş №3(076)-774/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-774/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-774/2023 26.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Aşağı-Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-5578/2015 saylı 18 dekabr 2015-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1153/2022 saylı 12 dekabr 2022-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-5578/2015 saylı 18 dekabr 2015-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1153/2022 saylı 12 dekabr 2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən boyun qaçırmışdır. Belə ki, borclu əvvəllər ödənişlər etsə də, alimentin artırılması ilə bağlı məhkəmə qətnaməsini icra etməkdən imtina etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək, baxılması üçün Şəmkir rayon Məhkəməsinə təqdim etmişdir. Borclu Şəxs hazırda tələbkarın hesabına 400 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, onun aliment borcu yoxdur belə ki, tələbkara hər ay ödənişlər etmiş, hətta 5 il ərzində 20-30 manat artıq ödənişlər etmişdir. Sonuncu dəfə may ayının 13-də 218 manat ödəniş etmişdir. Qeyd edir ki, alimentin artmasından xəbəri olmamış, İcra Şöbəsində məlumatı olmuşdur. Hazırda isə tələbkarın hesabına 400 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan “ABB”-yə məxsus qəbzin surətindən görünür ki, Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs hesabına xx.xx.2023-cü il tarixdə 400 manat ödəniş edilmişdir. Beləliklə, iş üzrə icraatda iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu Şəxs borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmamış, hazırda isə tələbkarın bank hesabına 400 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs qızının əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibatı xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər, Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar