Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-776/2023 27.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsill, evli, işləməyən, Şəmkir rayonu, Nərimanlı kəndində qeydiyyatda olan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokola görə, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-106/2023 saylı icra sənədi üzrə yaranmış 1.535 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəxs 1.500 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq X1 verilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. İcra sənədi onun icraatına daxil olduqdan sonra borcluya tələbin könüllü icrası barədə bildiriş göndərsə də, borclu qeydiyyatda olduğu ünvanda olmamışdır. Bundan sonra borclunun barəsində axtarış elan edilmişdir. Şəxs bugün tutularaq icra şöbəsinə gətirilmiş, bu səbəbdən tələbin könüllü icrası barədə bildirişi də borcluya bugün təqdim etmişdir. Hazırda Şəxs borclu olduğu məbləği ödəməkdən yayınır və onun ödənilməmiş 1.535 manat borcu vardır. Bununla da Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan 1.500 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq X1 verilməsi qət edilmişdir. Lakin icra məmuru onun ünvanına bildiriş göndərməmiş, onu icra orqanına dəvət etməmişdir. Belə ki, o, Şəmkir rayonu, Nərimanlı kəndində qeydiyyatda olsa da, faktiki olaraq Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yaşayır. Əgər icra şöbəsinə dəvət edilməsi barədə məlumatı olsa idi, imkan daxilində gələrək borcunu ödəyə bilərdi. Yalnız xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində polis əməkdaşı ona zəng etmiş, o da bugün saat 09 radələrində polis şöbəsinə gəlmişdir. Bundan sonra polislər onu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə gətirmiş, həmin vaxt barəsində axtarış elan edilməsini bilmişdir. Bundan başqa icra məmuru ona xəbərdarlıq etməmişdir. Hazırda barəsində tərtib edilmiş protokolu qəbul etmir. Belə ki, icra məmuru hərəkətsizlik göstərərək, ona məlumat verməmişdir. Bununla belə qeyd edir ki, tələbkar hazıra Rusiya Federasiyasındadır və borcun hiss-hissə ödənilməsi ilə bağlı onunla razılığıa gəlmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. X1 icra məmuru tərəfindən zəng edilərək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 1.500 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq X1 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surəti olsa da, onun göndərilmə reyestri aşkar edilməmişdir. İcra məmuru isə həmin bildirişi bugün, yəni 27 may 2023-cü il tarixdə borcluya təqdim etməsini bildirmişdir. Həmçinin, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Göründüyü kimi icra məmuru heç bir əsas yaranmadan borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı isə müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə icra məmuru tərəfindən ünvanına hər hansı xəbərdarlıq məktubu gəlmədiyini bildirmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-776/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-776/2023
27.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver