Məhkəmə qərarları › İş №3(076)-778/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-778/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-778/2023 30.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, protokolu tərtib etmiş Şəmkir Rayon Polis Şöbəsinin X5 sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsinin X5 sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 30 may 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4rşısında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəmkir Rayon Polis Şöbəsinin X5 sahə rəisi polis baş leytenantı X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsi ilə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirdi ki, o, xx.xx.2023-cü il il tarixdə gecəyarısı saat 02 radələrində, Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən taxıl sahəsini suvarmaq məqsədilə tarlaya çatan zaman görüb ki, onun sahəsinə gələn suyun qarşısını kəsiblər. O isə buna görə əsəbləşmiş və orada olan avtomobilin ön işıqlarını sındırmışdır. Həmin gün onu X7 dəvət etmişlər o isə özünü günahkar bilmədiyi üçün X4rşısında özündən aslı olmadan ünvansız söyüşlər söymüşdür. Halhazırda səhvini başa düşür etdiyi əməldən pşmandır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatından məlum olur ki, hadisə zamanı ətrafda heç kəs olmamışdır. Protokolda E.Hüseynovun ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətdiyi qeyd edilsə də konkret olaraq hansı ifadələrin işlədildiyi, bu ifadələrin kimlərin yanında işlədildiyi, bu ifadələrin işlədilməsinin həqiqətən də ictimai qaydanın pozulmasına səbəb olması ilə bağlı heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Hadisənin şahidləri yoxdur, tərəflərin münaqişəli vəziyyəti və ədavətləri nəzərə alındıqda R.İmanovun izahatına əsaslanaraq inzibati xətanın törədilməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi Şəxs hərəkətlərində qanunazidd davranışın olması və onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması yuxarıda qeyd edilən sübut növlərinin məcmusu ilə təsdiq olunmur. Tərtib edilmiş protokol barəsində icraat aparılan şəxslə ədavəti olan zərərçəkmiş şəxsin izahatına əsaslanır və hadisəni bilavasitə görmüş şəxs tərəfindən tərtib edilmədiyindən hər hansı sübut əhəmiyyəti daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar