Məhkəmə qərarları › İş №3(076)-781/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-781/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-781/2024 17.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ford Transit yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. X3 "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və həmin sözügedən nəqliyyat vasitəsi etibarnamə ilə ona təhkim edilmişdir. 29 iyun 2024-cü il tarixdə Göygöl rayonu Quşqara kənd poçtundan ona zərf təqdim edilmişdir. Həmin zərfdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və müşayiət məktubu olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 22 may 2024-cü il tarixdə saat 10:50 radələrində Şəmkir şəhəri 724 saylı postda idarə etdiyi Ford Transit yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış kartı olmadan qeyri-müntəzəm yükdaşıma fəaliyyəti göstərmişdir. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Bununla bağlı bildirir ki, "xxxx" MMC sərnişin və ya yükdaşıma sahəsində fəaliyyət göstərmir. "xxxx" MMC nə taksi, nə də daşıyıcı şirkəti deyildir. "xxxx" MMC-nin fəaliyyət sahəsi mebel istehsalı və onun satışıdır. "xxxx" MMC sərnişin və yükdaşıma sahəsində xidmət göstərmir. "xxxx" MMC-də əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləyən işçilər "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələri ilə "xxxx" MMC-yə məxsus yükləri daşıyır. Eyni zamanda bildirir ki, "xxxx" MMC mülkiyyətində olan nəqliyyat vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərini və özünə məxsus yüklərini daşıdığına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinin tələbinə əsasən “Xüsusi fəqlənmə” nişanı alır. "xxxx" MMC-nin fəaliyyət sahəsi mebel istehsalı və onun satışı olduğu halda "xxxx" MMC buraxılış vəsiqəsi və buraxılış kartı almalı deyildir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında 22 may 2024-cü il tarixli, 040281 nömrəli protokol qeyd olunur. Halbuki, həmin sözügedən protokol ona təqdim edilməmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin protokolu 22 may 2024-cü il tarixlidir, lakin qərar 21 iyun 2024-cü il tarixlidir. İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Təkrar olaraq qeyd edir ki, o, "xxxx" MMC-də əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləyir və Ford Transit yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə ona təhkim edilmişdir. O nə taksi, nə də yükdaşıma fəaliyyəti ilə məşğul olmur. Eləcə də "xxxx" MMC nə taksi, nə də yükdaşıma fəaliyyəti ilə məşğul deyildir. Əmək müqaviləsi üzrə işlədiyi "xxxx" MMC-də öz əmək funksiyalarının icrası ilə əlaqədar ona təhkim olunmuş həmin nəqliyyat vasitəsi ilə "xxxx" MMC-nin öz yükünü daşıyır və buna görə buraxılış kartı almalı deyildir. "xxxx" MMC mülkiyyətində olan nəqliyyat vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərini və özünə məxsus yüklərini daşıyır. "xxxx" MMC karqo, yükdaşıma, taksi şirkəti deyildir. "xxxx" MMC-nin fəaliyyət sahəsi mebel istehsalı və satışıdır. "xxxx" MMC-nin əldə etdiyi mənfəət yükdaşıma fəaliyyəti ilə bağlı deyil, onun əldə etdiyi gəlir mebel satışı ilə bağlıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinin tələbinə əsasən “Xüsusi fərqlənmə nişanı” alır. Xüsusi fərqlənmə nişanı ona görə alınır ki, şirkət öz yükünü daşıyır və bunun müqabilində də haqq almır və ya daşınma müqaviləsi bağlamır. İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində qeyri-müntəzəm sərnişin daşınması ifadəsi də keçir. “Avtomobil nəqliyyatı haqqında” Qanunun 4.0.4-cü maddəsinə əsasən qeyri-müntəzəm sərnişin daşımaları-sifarişçi ilə bağlanmış müqavilə əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımalarıdır. “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.16-cı maddəsində sifarişçinin anlayışı verilmişdir. Sifarişçi- sərnişin və ya yük daşımaların yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin və ya yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxsdir. Qanunvericilikdə buraxılış kartının, buraxılış vəsiqəsinin, yükün, daşıyıcısının, sifarişçinin-hər birinin anlayışı və təfsilatı verilmişdir. Buraxılış vəsiqəsi və buraxılış kartı avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalara aiddir. “Avtomobil nəqliyyatı haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin nümayəndəsi X6 verdiyi izahatında göstərdi ki, şikayət vermiş şəxs X2 barəsində olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 "xxxx" MMC-də sürücü işləməklə "xxxx" MMC-nin mülkiyyətində olan Ford Transit yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Lakin, Vüqar Allahverdiyev "xxxx" MMC-nə məxsus avtomobillə yük daşınmasını “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.35 və 1.0.36-cı maddələrinin tələbini pozmaqla buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirmişdir. Bu fakt ilk növbədə barəsində icraat aparılan şəxsin məhkəməyə verdişi şikayət ərizəsində və qəbul edilmiş qərarla öz təsdiqini tapmışdır. Belə ki, Vüqar Allahverdiyev şikayətini onunla əsaslandırmışdır ki, sürücü vəzifəsində işlədiyi "xxxx" MMC sərnişin və yükdaşıma sahəsində xidmət göstərmir, o "xxxx" MMC-nə məxsus nəqliyyat vasitəsilə "xxxx" MMC-nə məxsus yükləri daşıyır, ona görə də buraxılış vəsiqəsi və buraxılış kartı almalı deyildir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. Şikayət vermiş şəxs X3 isə qanunvericiliyin tələbinə əməl etmədən heç bir buraxılış vəsiqəsi və buraxılış kartı olmadan sürücü işlədiyi "xxxx" MMC-nə məxsus Ford Transit yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşınmasını həyata keçirməklə Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar