Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-788/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X13 Məsail oğlunun sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, Zərərçəkmiş şəxslər X2, X3 və Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 333.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın inspektoru X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 20 iyul 2025-ci il tarixdə saat 22:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 399-cu km-də idarə etdiyi Opel-Vectra markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi Ford Transit markalı **-CL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Ford Transit markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs, Opel Vectra markalı avtomobilin sürücüsü Şəxs və Opel Vectra markalı avtomobildə sərnişin olan X4 xəsarət almışdılar. Bu hərəkətləri ilə Şəxs ИХМ-ин 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə, özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin izahatları, hadisə yerinə baxış kecirmə haqqında protokolla, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, özünə məxsus olan Opel Vectra markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili və “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. 20 iyul 2025-ci il tarixdə gecə vaxtı dostları ilə yeyib içən zaman həyat yoldaşı zəng edərək kürəkəni X2 ürək tutmasından xəstələnməsini və onu tez Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparmasını bildirmişdir. Bundan sonra o, kürəkəni X2 yaşadığı evə gedib, daha sonra isə onu idarə etdiyi avtomaşınla xəstəxayana apararkən Bakı-Qazax- Gürcüstan yoluna çıxaraq üzü Qazax istiqamətində hərəkətə başlamış, təxminən saat 22- 15 radələrində həmin yolun Şəmkir şəhəri ərazisindən keçən hissəsinə çatanda avtomobili saatda 90 km saat sürətlə idarə edib əks hərəkət zolağına çıxıb ötmə əməliyyatı edəndə qarşıda eyni istiqamətdə hərəkətdə olan Ford Transit markalı **-CL-*** dövlət nömrə nişanlı avtomobil sola doğru dönəndə əks hərəkət zolağının üzərində idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə Ford Transit markalı avtomobilin sol ön yan hissəsi toqquşmuş, toqquşmadan sonra idarə etdiyi avtomobil sola doğru yönəlib yolun kənarındakı barduru keçib yolun kənarındakı otlaq sahədə dayanmışdır. Hadisə zamanı özü və kürəkəni Suliddin Məmmədov xəsarət aldığından xəstəxanaya müraciət etmişlər. Hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və avtomobildə 4 nəfər sərnişin olmuşdur. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, Zərərçəkmiş şəxs ondan şikayətçi deyil o səbəbdən ki, o xəstə kürəkənini təcili olaraq xəstəxanaya catdıraraq bu hadisəni törədmişdir, eyni zamanda Zərərçəkmiş şəxs avtomobilinə dəymiş 10.110 manat məbləğində maddi ziyan onun avtomobili sığortalı olduğundan zərər ödənildiyini, sığorta ödənişi az olsa ödənilməyən məbləğı Zərərçəkmiş şəxs özü ödəyəcəyi üzərinə götürdüyünü bildirmişdir. Odur ki, aralarında bu razılıq olduğundan Zərərçəkmiş şəxs onu cəzadan azad edilməsini məhkəmədən xahiş etmişdir və ona görə də qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X8 və X1 Azər Əli oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək ondan heç bir şikayət və tələblərinin olmamasını bildirdilər. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 20 iyul 2025-ci il tarixdə idarə etdiyi Ford Transit markalı **-CL-*** dövlət nömrə nişanlı avtomobili ilə Şəmkir rayonu, Kür qəsəbəsindən Şəmkir şəhərində yerləşən evinə gedərkən Bakı- Qazax-Gürcüstan sərhəddi yoluna çıxmaq üçün Qazax istiqamətində hərəkətə başlamış, təxminən saat 22-15 radələrində həmin yolun Şəmkir şəhəri ərazisindən keçən hissəsinə çatanda yolun sol kənarındakı Posanlı yaşayış massivinə ayrılan yol ayrıcına daxil olmaq üçün sol dönmə işıq siqnalını yandırıb, yolun orta hissəsində olan qırıq-qırıq xəttə yaxınlaşıb əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermək üçün avtomobili saxlamış, əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsi ötüb keçdikdən sonra sola doğru manevr edəndə arxadan eyni istiqamətdə hərəkətdə olan Opel Vectra markalı **- BZ-*** dövlət nömrə nişanlı avtomobil düz xətti kəsib ötmə əməliyyatı edəndə Bakı istiqamətindəki hərəkət zolağının üzərində ön sağ hissəsi ilə idarə etdiyi avtomobili sağa doğru yönəldib yolun orta hissəsində üzü Qazax istiqamətində dayanmışdır, avtomobildən yerə düşəndə isə Opel Vectra markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin yolun kənarındakı yaşıllıq sahədə dayanmasını görmüşdür. Hadisə nəticəsində xəsarət aldığı üçün Şəmkir rayon MX-na müraciət etmişdir. Hadisə zamanı avtomobildə tək olmuş və sərxoş olmamışdır. Şəxs şikaytəçi deyil o səbəbdən ki, o xəstə kürəkənini təcili olaraq xəstəxanaya catdıraraq bu hadisəni törətmişdir, eyni zamanda onun avtomobilinə dəymiş 10.110 manat məbləğində maddi ziyan Şəxs avtomobili sığortalı olduğundan ödənildiyini, sığorta ödənişi az olsa ödənilməyən məbləğı Şəxs özü ödəyəcəyi üzərinə götürdüyünü bildirmişdir. Odur ki, aralarında bu razılıq olduğundan onu cəzadan azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə İXMnin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki işdə olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin tarixdə sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 25.07.25-ci i tarixli 631 saylı rəyində Zərərçəkmiş şəxs bədənində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri aşkar olunmuşdur və xəsarətlər 20 iyul 2025-ci il tarixə uyğun gəlir. İşdə olan xx.xx.2025-ci il tarixli ziyan aktından görünür ki, Ford Transit markalı **- CL-*** nömrəli avtomaşına 10.110 manat məbləğində maddi ziyan dəymişdir. İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, barəsində cərimə növündə inzibati tənbeh tətbiq едилмяsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-788/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-788/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver