Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-79/2025 31.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, Tələbkar: Zərərçəkmiş şəxs, Müdafiəçi: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Abbaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Şəmkir rayonu, Abbaslı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-605/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-605/2024 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs hər həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək uşaqları xx.xx.2012-ci təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə sərbəst qaydada ünsiyyətdə olmaq, görüşmək hüququ təmin edilməsi qət edilmişdir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. Borclu icra şöbəsinə dəvət olunaraq icra sənədinin icra edilməsi təklif olunmuşdur. Lakin borclu uşaqla tələbkarın ünsiyyətdə olmasını təmin etməmişdir. Borclunun azyaşlı uşağa təsir etməsi nəticəsində uşaq atası ilə görüşmək istəməmiş, nəticədə icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, dəfələrlə vaxt verilməsinə baxmayaraq, Şəxs onu uşağı ilə görüş hüququnun təmin olunmasına şərait yaratmamışdır. Bu səbəbdən ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-605/2024 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs hər həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək uşaqları xx.xx.2012-ci təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə sərbəst qaydada ünsiyyətdə olmaq, görüşmək hüququ təmin edilməsi qət edilmişdir. O uşaq ilə tələbkarın görüşməsində maneə yaratmamışdır. Lakin uşaq özü tələbkarla görüşməkdən imtina etmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-605/2024 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs hər həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək uşaqları xx.xx.2012-ci təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə sərbəst qaydada ünsiyyətdə olmaq, görüşmək hüququ təmin edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-605/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər, Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim olunmuş iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, icra sənədinin icrasından qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması halları müəyyən olunmur. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunur ki, borclu Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş vaxtda azyaşlı uşaqları icra şöbəsinə gətirərək icra məmuruna təqdim etmiş, lakin uşaqlar X5 və X3 ataları ilə görüşməkdən imtina etmişlər və bu səbəbdən tələbkarın uşaqları ilə görüşü baş tutmamışdır. İcra məmuru məhkəmə iclasında borclunun azyaşlı uşaqlara təsir etməsi nəticəsində uşaqların ataları ilə görüşmək istəməməsini qeyd etsədə, həmin hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, icra işinin materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, uşaqlar ataları ilə görüşmək istəmədikdə icra məmuru tərəfindən azyaşlı uşaqlara həqiqətən borclu tərəfindən kənar təsirlərin olub-olmaması aydınlaşdırılmamış, görüş hüququ həyata keçirilərkən psixoloqun iştirakı təmin edilməmiş, sadəcə olaraq formal şəkildə uşaqların ataları ilə görüşmələrinə borclu tərəfindən maneçilik törədilməsi və icra sənədinin icrasını təmin etməməsi qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada borclu Şəxs icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir və onun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-79/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-79/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver