Məhkəmə qərarları › İş №3(076)-796/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-796/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-796/2023 01.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir Rayon Мəhkəməsinin 2(076)- 356/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 1200 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-356/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə doğulmuş Sevgi və xx.xx.2018-ci il tarixdə doğulmuş Mehdi adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qеyd olunan icra sənədi icraya yönəldilməklə icra sənədi icraata qəbul edilmiş və icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs oluna bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək yığılmış 1200 manat aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdimat vermişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə (tələbkara) olan 1200 manat aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, aliment borcunu ödəməkdən imtina etməmiş, lakin maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. Hazırda yığılmış 1200 manat aliment borcunu zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tam şəkildə ödəmişdir. Odur ki, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda yığılmış 1200 manat aliment borcunu ona tam şəkildə ödəmişdir. Odur ki, məhkəmədən hazırki vəziyyətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar Şəxs 1200 manat almışdır. Beləliklə izahatlarla və iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1200 manat aliment borcunu zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tam şəkildə ödəmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasынын İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar