Məhkəmə qərarları › İş №3(076)-796/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-796/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-796/2025 12.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məmmədova Alsu Dəyanət qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi X2 Tələbkar: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6620/2017 saylı icra sənədi üzrə yaranmış cəmi 3542 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6620/2017 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs hər ay iki uşaq üçün cəmi 240 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs cəmi 3542 manat aliment borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında və iclas zamanı təqdim etdiyi ərizəsində, borclu Şəxs aliment borcunu ödəmək üçün ona vaxt verilməsini, borclu ilə bu barədə razılaşdıqlarını, hazırda şikayətçi olmadığını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6620/2017 saylı icra sənədinə əsasən, ondan hər ay iki uşaq üçün cəmi 240 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Hazırda həmin borcu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir, hər ay borcundan ödəniş edir, alimentin məbləği indeksasiya edildikdən sonra çətinlik çəkir. Bundan başqa tələbkar ilə barışdığını, hər ay qalan borcundan tələbkara ödəməyi öhdəsinə götürdüyünü bildirərək onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı müdafiəçi X5 borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığını bildirdi və işin xitam edilməsini xahiş etdi. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 6620/2017 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs hər ay iki uşaq üçün cəmi 240 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6620/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tələbkarın ərizəsi ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkar ilə aralarında olan razılığa əsasən hər ay qalan borcundan ödəməklə, ümumi borcunu qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatından görünür ki, X5 oğlu Şəxs barəsində olan inzibati xəta haqqında, iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə görə iki saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 saata görə 22 manat (2x11=22) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəmkir Rayon Vəkil Bürosunun vəkili X4 iş materialları ilə tanış olması və məhkəmə baxışında iştirak etdiyi saatlara, ümumilikdə 2 saata görə 22 manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 805670; Bankın VÖEN-i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ**********7037693263, Müştəri VÖEN-i: **********). Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar