Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-80/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədliyi, X6 iclas katibliyi, Şəxs ASC–nin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Şəxs ASC–nin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs ASC–nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, material ilə birlikdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17051 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs ASC–nin nümayəndəsi (vəkili) X7 inzibati protokolu əsassız hesab edərək izahatında göstərdi ki, Şəxs ASC-nin Mərkəzi Bankın göndərdiyi xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-1705 saylı bildirişdən və barəsində protokol tərtib ediləcəyindən məlumatı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq Departamentinin direktoru X4 tərəfindən 2021-ci ilə dair emitentin illik hesabatının təqdim edilməsi tələbinə dair Şəxs ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-1705 saylı məktubu hüquqi şəxsin ünvanına qanunla müəyyən edilmiş qaydada təqdim edilməmiş və bu səbəbdən hüquqi şəxsin Mərkəzi Bankın qeyd olunan məktubuna əsasən hüquqi şəxsdən hansı hesabatı təqdim etməli olmasının tələb edilməsindən məlumatı olmamışdır. O, məhkəmə bildirişini aldıqdan sonra məhkəməyə təqdim edilmiş materialla tanış olduqda, Mərkəzi Bankın Şəxs ASCyə ünvanladığı qeyd edilən məktubun xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilməsi barədə poçt xəbərnaməsinin olmasını və poçt xəbərnaməsində məktubu qəbul edən şəxsin adının göstərilməməsini müəyyən etmişdir. Onun vəsatəti əsasında məhkəmə tərəfindən poçt şöbəsinə verilmiş sorğuya cavab məktubundan sonra ona məlum olmuşdur ki, hüquqi şəxsə ünvanlanmış məktub X3 təqdim edilmişdir. O, bununla bağlı bildirir ki, X5 əvvəllər Şəxs ASC-də gözətçi vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.b-də əsasən onunla olan əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Bundan sonra Şəxs ASC xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək fəaliyyətini və əməliyyatlarını dayandırmışdır. Bununla da müəyyən olunur ki, hüququ şəxsə məktub ünvanlanmamışdan xx.xx.2022-ci il tarixdən doqquz ay əvvəl X5 işdən çıxarılmış və hüququ şəxslə heç bir bağlılığı, öhdəliyi olmamışdır. Odur ki, məhkəmədən Şəxs ASC-nin təqsiri olmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı protokol üzrə inzibati işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dinrilmiş X5 ifadəsində göstərdi ki, o, əvvəllər Şəxs ASC-də gözətçi vəzifəsində işləmişdir. O, pensiya yaşına çatdığı üçün xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.b-də əsasən onunla olan əmək müqaviləsinə xitam verilmişdir və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. O, işlədiyi dövrlərdə Şəxs ASC-nə ünvanlanmış məktubları qəbul etsə də, işdən çıxdıqdan sonra xx.xx.2022-ci il tarixdən sonra Şəxs ASC-nə getməmiş və heç bir poçt göndərişini qəbul etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, heç bir məlumat vermədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17051 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022ci il tarixdə törədilmişdir. Həmin protokol Şəxs ASC–nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1–ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan portal çıxarışından görünür ki, Şəxs ASC–nin ********** saylı VÖEN vardır. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC–yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17051 saylı məktubdan görünür ki, 2021-ci ilə dair emitentin illik hesabatı 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməyi tələb olunmuş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdar edilmişdir. İşdə olan Şəxs ASC–nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 30 iyun 2022-ci il tarixdən fəaliyyətini və əməliyyatlarını dayandırmışdır. 30 iyun 2022-ci il tarixli 04 №-li əmr və 14 saylı Vergilər İdarəsinin 6.2 Fəaliyyətin dayandırılmasının əsas səbəbi: Yenidən təşkil, müvəqqəti dayanma, təşkilati-hüquqi formanın dəyişdirilməsi. İşdə olan Şəxs ASC–nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 15 aprel 2019-cu il tarixdən 30 İyun 2022-ci il tarixə kimi “X1 Cəmiyyətində iki ştat vahidi qeyd edilmişdir: İcraçı direktor X9 və gözətçi X5. İşdə olan portal çıxarışından görünür ki, Şəxs ASC-nin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Şəxs ASC–nin fəaliyyəti xx.xx.2022–ci il tarixdən xx.xx.2027–ci il tarixədək dayandırılmışdır. İşdə olan əmrin surətindən görünür ki, X5 ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2,b maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. İşdə olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X5 əmək müqaviləsinin müddətinin qurtardığı üçün xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.b-də əsasən onunla olan əmək müqaviləsinə xitam verilmişdir və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. İşdə olan və məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin Şəmkir Poçt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, məhkəmənin sorğusuna əsasən bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin ünvanına göndərilmiş SS809546002AZ saylı xəbərnaməli məktub xx.xx.2022-ci il tarixdə Dəllər poçt şöbəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə Şəxs ASC-nin gözətçisi X3 imza etdirilərək verilmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta təqsirin qəsd forması ilə törədilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki işdə Mərkəzi Bank tərəfindən hüquqi şəxsdən tələb olunan sənədlər barədə sorğu Şəxs ASC-nin rəhbərinə və ya onu təmsil etməyə səlahiyətli işçisinə təqdim edilməmişdir. Belə ki, Şəxs ASC-yə ünvanlanmış məktub xx.xx.2022-ci il tarixdə təqdim edilməmişdən doqquz ay əvvəl X5 işdən çıxarılmış və hüquqi şəxslə heç bir bağlılığı olmamış, hüquqi şəxs özü fəaliyyət göstərməmiş, məhkəmə iclasında Fərman Heydərov işdən çıxdıqdan sonra heç bir poçt zərfini qəbul etmədiyini bildirmiş, poçt xəbərnaməsinə isə poçt zərfini qəbul etmiş şəxsin adı və soyadı göstərilməmişdir. Belə olan halda, işin faktiki halları ilə Şəxs ASCnin İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs ASC -nin İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə istinad edilən inzibati xətanın baş verməsində təqsiri sübuta yetirilmədiyindən əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbehə məruz qala bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-80/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-80/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver