Məhkəmə qərarları › İş №3(076)-800/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-800/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-800/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Şəmkir rayonunun Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 05 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında qeyd olunan qərarı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra sənədi icraata qəbul edilmiş və icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona görə də, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrasından məlumatlıdır. O, maddi imkanı olmadığı üçün cəriməni ödəməmiş və hazırda da ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli №105516/2023-18 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2023cü il tarixdə icra məmurunun, borclunun və hal şahidlərinin iştirakı ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı xx.xx.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar borclu Şəxs yaşadığı Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evində olunmuş, evə baxış keçirilmiş, evdə zəruri istifadə əşyalarından başqa digər əmlaklara rast gəlinməmiş, bundan əlavə evdə saxlanc yerlərinə baxılmış və hər hansı qızıl-zinət əşyalarına rast gəlinməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qərarının icrasını təmin etməməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və qeyd olunan normanın tələbinə uyğun olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmçinin məhkəmə hesab edir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 145.1.6-cı maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq еdilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01752 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protetst verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar