Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-801/2025 01.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN BDYP-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN BDYP-nin xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 göstərdi ki, 02 may 2025-ci il tarixdə saat 07-20-də özünə məxsus “VAZ 21154” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunun 380-ci km-də Şəmkir rayon DYP postunda heç bir qayda pozmadığı və heç bir əsas olmadan polis əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt o, İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi halda inzibati məsuliyyətə cəlb edilmişdir. O, ona məxsus olan "VAZ 21154" minik markalı, **- NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtüklərdən istifadə etməmişdir. Barəsində olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı əsassız hesab edir. Belə ki, inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş qərarda qeyd edildiyi kimi o, xx.xx.2025-ci il tarixdə "VAZ 21154 minik markalı, 90- NM-449 dövlət qeydiyyat nişanlı avtomobilin ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtüklərdən istifadə etməklə idarə etməmişdir. Ona məxsus olan avtomobilin ban, yani arxa şüşəsində pərdə olub, həmin pərdə isə kustar üsulla hazırlanmış pərdə olmayıb. Həmin vaxt polis əməkdaşları tərəfindən həmin pərdəni sökməsi bildirilmiş, o, dərhal həmin pərdəni sökərək, avtomobildən kənarlaşdırmışdır. Halbuki həmin pərdənin istifadə edilməməsinin əsasları barədə ona heç bir sübut təqdim edilməmişdir. Həmin pərdə zavod üsulu ilə hazırlanmış olduğu halda, polis əməkdaşı bunun əksini bildirmişdir. O, isə polis əməkdaşına hörmətsizlik etməmək üçün həmin pərdəni dərhal sökmüşdür. Bundan sonra o, həmin ərazidən uzaqlaşdıqda, polis əməkdaşları tərəfindən onun barəsində qanunsuz olaraq İXM-nin 342.2.4-cü maddəsinə əsasən protokol tertib edilmişdir. Həmin protokolun tərtib edilməsində o, iştirak etməmişdir. O, 02 avqust 2025-ci il tarixdə VAZ 21154" minik markalı, 90- NM-449 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən heç bir qayda pozuntusu etməmişdir. Qeyd edilənlərə əsasən DİN BDYP-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə və şikayət vermiş şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş qızı DİN BDYP-nin qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmiş, qərarda X3 xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələbləri pozmasına görə İXM-in 342.2.4-cü maddələsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X1 İXM-in 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən materialları məhkəməyə təqdim edə bilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobilinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin pərdə və plyonkaların çəkilməsi qadağandır. Qərardan şikayət vermiş şəxs X1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobilinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verildiyinə əsaslanaraq avtomobilin ban şüşəsində pərdə olub, həmin pərdə polis əməmkdsaşlarının göstərişi ilə söksədə bu göstərişin hansı qanuna əsasən etdiklərini əsaslandırmamasını bildirsədə təkrarın təxirə salınan məhkəmə prosesinə həmin polis əməmkdaşları gəlməyərək məhkəməyə şikayətlə bağlı hec bir məlumat verməmişdilər. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan məhkəmə hesab edir ki, onun hərəkətlərində inzibatə xəta hadisəsi olmadığından nzibati xəta haqqında iş üzrə qərar ləğv edilməlidir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuşhallar müəyyən edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığda inzibati xəta haqqında başklanılmış icraata xitam verilir. Şərh olunanlara əsasən və İXM-in 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 inzibati tənbeh verilməsinə dair DİN BDYP-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(076)-801/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-801/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver