Məhkəmə qərarları › İş №3(076)-803/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-803/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-803/2024 05.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Azərbaycan Respublikası, DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli, X1 barəsində tərtib edilmiş, inzibati tənbeh vermə haqqında iş üzrə elektron qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayət verilmə müddətinin bərpa edilməsinə dair ərizəyə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X2, Azərbaycan Respublikası, DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli, inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayət vermə müddətinin, həmin qərardan məlumatının olmaması səbəbindən ötürülmüş müddəti üzrlü hesab edərək müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. X2 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında səhhətində problemlər olduğu üçün iştirak edə bilməyəcyini göstərərək məhkəmə iclasında qəbul edilmiş qərarın ünvanına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası, DİN-in BDYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə X1 və Azərbaycan Respublikası, DİN-in BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət vermə müddətinin bərpa edilməsi üçün əsaslar müəyyən edilmədiyindən X1 ərizəsi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi qərar xx.xx.2023cü il tarixdə qəbul edilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində qərardan şikayət verilməmiş, bunula belə ərizəçi, xx.xx.2024–cü il tarixdə şikayət vermə müddətinin üzürlü səbəblərlə əlaqədar ötürdüyündən müddətin bərpa edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Bütün qeyd olunan hallar onu deməyə əsas verir ki, ərizəçi mübahisələndirdiyi qərar üzrə şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizəçi vaxtında qərardan şikayət verməməsinə formal şəkildə haqq qazandırmaq niyyətilə ərizədə əsası olmayan halları göstərmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası, DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli, X1 barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsindən imtina edilsin. Qərardan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar